BANM-in rektoru Elmar Qasımov Yaponiyanın mütəxəssisləri ilə görüşüb
Tarix: 28.08.2015 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və professor-müəllim heyəti Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı BANM-in rektoru Elmar Qasımov onları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və onun nailiyyətləri haqqında qonaqları məlumatlandırıb. O, Azərbaycan və Yaponiyanın neft-qaz sektorunda mövcud olan ikitərəfli əlaqələrdən bəhs edərək gələcəkdə BANM və Vaseda Universiteti arasında perspektivli əməkdaşlıq qurulmasının mümkünlüyünü vurğulayıb. E. Qasımov Vaseda Universitetinin professoru Masanori Kuriharanı 2016-ci ilin mart ayında İNPEX Korporasiyasının təşkilatçılığı ilə Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində BANM-də tələbələrə master-klass keçməyə dəvət edib.
Öz növbəsində, Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və Yaponiyanın İNPEX Korporasiyasının nümayəndələri Bakıdakı qısa müddətli səfər zamanı Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından şad olduqlarını bildiriblər. Professor Masanori Kurihara təmsil etdiyi universitetin adından BANM-lə əməkdaşlığa maraqlı olduğunu bildirib. O, gələcəkdə BANM və Yaponiyanın Vaseda Universiteti arasında mühəndislik ixtisasları üzrə tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması təklifi ilə çıxış edib.
Görüşün sonunda BANM-in professor-müəllim heyəti öz təklif və tövsiyələrini irəli sürərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda 2016-ci ilin mart ayında Vaseda Universitetinin professoru tərəfindən BANM-də tələbələr üçün professional treninqlərin təşkil olunmasına razılıq əldə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info