Səlim Müslümov Tovuzda 5 rayonun sakinləri ilə görüşüb
Tarix: 28.08.2015 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tovuz rayonunda bu rayonun və Ağstafa, Qazax, Şəmkir, Gədəbəy rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Müraciətlər əsasən məşğulluğun təminatı, bərpa müalicəsinə köməklik göstərilməsi, mənzil və minik avtomobilləri ilə təmin olunma, müxtəlif sosial təminat növlərinin təyinatı və s. məsələlərə aid olub. Hər bir müraciət diqqətlə dinlənilib və nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. S.Müslümov müraciətlərdə qaldırılan məsələlərlə bağlı qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, müvafiq hallarda vətəndaşlara ətraflı hüquqi izahatların verilməsi və s. barədə göstərişlər verib. Qəbul zamanı bir sıra vətəndaşların və onların ailə üzvlərinin məşğulluq məsələsi yerindəcə həll edilib, onların aidiyyəti ərazi üzrə fəaliyyət göstərən müəssisələrdə boş (vakant) iş yerlərinə göndərişlə təmin olunması üçün tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir həmçinin bir sıra şəxslərin əlillik vəziyyətlərinin diqqətlə müayinə olunması, habelə ünvanlı dövlət sosial yardımı almaq hüquqlarının olub-olmadığının müəyyən edilməsi və nəticəsinə əsasən qanunauyğun qərarların verilməsini tapşırıb.
Mənzillə təminat məsələlərinə dair müraciətləri cavablandırarkən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrasının yüksək səviyyədə həyata keçirildiyini, ölkənin bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 52 rayonda inşa olunan 375 fərdi evdən bir qisminin tikintisinin artıq yekunlaşdığını və istifadəyə verilməsinə başlanıldığını vurğulayıb: “Tovuz rayonunda da 9 fərdi ev tikilir. Həmçinin müharibə əlilləri və şəhid ailələri üçün Ağstafa rayonunda 6 ədəd, Qazax rayonunda 14 ədəd, Şəmkir rayonunda 6 ədəd, Gədəbəy rayonunda 4 ədəd fərdi ev inşa olunur. Onlar iki və üç otaqlı evlərdən ibarətdir və hər birində normal yaşayış şəraiti yaradılır. Fərdi evlərlə yanaşı, Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 yaşayış binası da tikilir. Eyni zamanda həmin insanlar üçün hazır binalardan mənzillərin alınması və təmiri işləri aparılır”.
S.Müslümov inşa olunan mənzillərin yalnız Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulduğunu, belə şəxslərin isə dövlət hesabına mənzillə təmin olunmaq üçün rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən növbəyə alındığını diqqətə çatdırıb: “Eyni zamanda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaqdan ötrü növbəyə dayanmaq istəyən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər müvafiq ərazi üzrə TSEK tərəfindən müayinə edilərək əgər minik avtomobilinə tibbi göstəriş müəyyən olunduğu təqdirdə növbəyə yazıla bilərlər. Cari ilin ilk yarımilində bu məqsədlə TSEK-lərə müraciət edən şəxslərin müvafiq müayinəsi aparıldıqdan sonra onların 297 nəfərinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək azdır”.
Qəbula gələn müharibə əlilləri və şəhid ailələri onlara dövlət qayğısının artırılmasına, o cümlədən onlar üçün respublikanın regionlarında fərdi evlərin tikintisinin aparılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info