Helsinkidə fin dilində nəşr olunan Azərbaycan poeziya antologiyası təqdim olunub
Tarix: 28.08.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Finlandiyanın Helsinki şəhərində keçirilən "Dünya ölkələrinin şeirləri" festivalında Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) üzvü Tahirə Cəfərovanın təşəbbüsü və redaktorluğu ilə fin dilində çap olunmuş "Gövhəri laməkan mənəm" adlı Azərbaycan poeziya antologiyası təqdim olunub.
Bu barədə Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Muradlı məlumat verib. Antologiyada Əfzələddin Xaqanidən zəmanəmizə qədər Azərbaycan şairlərinin yaradıcılığı geniş əks olunub. Kitaba daxil edilən əsərləri Finlandiyanın ən yaxşı şairləri – "Finlandiya" mükafatı laureatı Xannu Myakelya, tanınmış şair və naşir, Ömər Xəyyam və Ceyms Coysun əsərlərinin tərcüməçisi Leyevu Lexto, şair, tərcüməçi və ictimai xadim Yukka Malnilen, yazıçı, şair və ədəbiyyatşünas Timo Malmi Tahirə Cəfərovanın sətri tərcümələri əsasında fin dilinə çeviriblər. "Onlar Azərbaycanın böyük poeziyasının təkcə mənəvi məzmununu deyil, görkəmli söz ustalarının şeirlərinin vəznini, qafiyə sistemini, digər özəl xüsusiyyətlərini qoruyub saxlamağa çalışıblar. Antologiyaya 27 şairin, o cümlədən Xaqani, Nizami, Nəsimi, Füzuli, Natəvan və Sabir kimi klassiklərin şeirləri, Stalin repressiyalarının qurbanları olan Hüseyn Cavid və Mikayıl Müşfiq kimi böyük Azərbaycan şairlərinin poetik nümunələri daxil edilib", - deyə Tahirə Cəfərova festivalda çıxışında bildirib.
"Gövhəri laməkan mənəm" antologiyasında XX əsrin böyük Azərbaycan şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nigar Rəfibəylinin əsərləri də var. Kitaba həmçinin müasir Azərbaycan poeziyasının nümayəndələri Vaqif Səmədoğlu, Fikrət Qoca, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və digər şairlərin şeirləri daxil edilib.
Azərbaycan poeziya nümunələri ilk dəfədir ki, Finlandiyada təqdim edilir və bu, Azərbaycan ədəbiyyatının finlandiyalı dostlarının təmənnasız təşəbbüsü sayəsində mümkün olub. Tahirə Cəfərovanın kitabları rus və fin dillərində nəşr edilib. Onun "Mərdəkanda Qala küçəsində" adlı hekayəsi və esseləri də fin dilinə işıq üzü görüb. "Biz Azərbaycan poeziyasını dünyaya hələ kifayət qədər tanıda bilməmişik, mən də bu sahədə çalışıram", - deyə o vurğulayıb.
Festivalda Tahirə Cəfərova Azərbaycanın dilbər guşəsi olan Qarabağ haqqında ürək ağrısı ilə danışaraq torpaqlarımızın 20 faizinin işğal altında olduğunu qeyd edib. O, Qarabağın görkəmli sairləri, bəstəkarları, ictimai xadimləri və musiqiçilərindən danışıb.
Sonra festivalda "Gövhəri laməkan mənəm" antologiyasından şeirlər səsləndirilib.
Festivalda Finlandiyada fəaliyyət göstərən Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycanlı Qadınlar Cəmiyyəti və Azərbaycan Finlandiya Dostluq Cəmiyyətinin üzvləri və rəhbərləri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16.02.2019
Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info