Tovuz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyası müasir iş şəraiti ilə təmin edilib
Tarix: 28.08.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tovuz rayonu üzrə 28 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) üçün müasir tələblərə uyğun yeni iş şəraiti və tibbi avadanlıqlar istifadəyə verilib.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi barədə Prezident cənab İlham Əliyevin tapşırığının icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Əlillik təyinatında məmur-vətəndaş ünsiyyətinin minimuma enməsinə xidmət edən islahat tədbirlərindən bəhs edən nazir son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üçün görülən işlərin əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olduğunu qeyd edib: “Təkcə cari ilin ilk yarımilində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3 min nəfər azalıb, tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib. Bu dövrdə eyni zamanda, ilkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları 11,8%, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı isə 2639 nəfər azalıb”. S.Müslümov əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsindən irəli gələn sosial modelin tətbiqi əsasında yenidən qurulması işlərinin də davam etdirildiyini bildirib: “Əsas məqsəd əlilliyin müəyyən olunmasında şəxsin fiziki və əqli məhdudluğunun təsir etmədiyi potensial əmək qabiliyyətinin və funksionallığının ölçülməsi prinsipinin təmin edilməsidir. Bununla yanaşı, 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihəsi işlənib hazırlanıb ki, həmin layihədəki yeni meyarlar qeyd olunan uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi sistemini təkmilləşdirməyə, bu sahədə də məmur-vətəndaş əlaqələrinin minimal səviyyədə endirməyə imkan verəcək”.
S.Müslümov bildirib ki, tibbi-sosial ekspertiza xidmətinin yaxşılaşdırılması işlərindən biri kimi, ötən ilin ortalarından etibarən artıq nazirliyin 38 TSEK-indən 27-i yeni iş şəraiti və tibbi avadanlıqlarla təmin edilib. Həmin Komissiyalar əməkdaşların fəaliyyəti, vətəndaşların qəbulu və əlillik müayinələrinin aparılması üçün artıq müasir iş şəraitinə malikdir. Digər tərəfdən, TSEK-lər ƏƏSMN-nin müvafiq region üzrə digər qurumları eyni inzibati binalarda yerləşdirilir ki, bu da nazirliyin aidiyyəti fəaliyyət sahələri üzrə əhaliyə eyni məkandan xidmətlərin göstərilməsinə, fəaliyyətin əlaqəli şəkildə səmərəli təşkilinə yönəlib.
Tədbir iştirakçıları TSEK-in yeni iş şəraitini, göstərilən tibbi-sosial ekspertiza xidmətini nəzərdən keçiriblər. S.Müslümov Komissiyanın kollektivinə əhaliyə xidmətin layiqli səviyyədə təşkili və vətəndaş müraciətlərinə qayğı ilə yanaşılması, əlillik müayinələrinin aparılmasında şəffaflıq prinsiplərinə ciddi əməl olunması, əlilliyi olan şəxslərin reabilitasiyası məqsədilə bərpa-müalicə müəssisələri ilə əlaqəli fəaliyyətin gücləndirilməsi və s. barədə tapşırıqlar verib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info