“Yeni mediada milli təhlükəsizliyə zidd informasiyaların qarşısının alınması günün tələbidir” adlı broşür çap edilib
Tarix: 28.08.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsi uğurla başa çatıb

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsi çərçivəsində “Yeni mediada milli təhlükəsizliyə zidd informasiyaların qarşısının alınması günün tələbidir” adlı broşür çap edib. Bu barədə ictimai birlikdən bildirilib. Broşürün, əsasən yeniyetmə və gənclər, tələbələr, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanması nəzərdə tutulub. Broşürdə yuxarıda adı çəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materiallar əksini tapıb.
Layihə çərçivəsində ərsəyə gəlmiş broşür vasitəsilə yeni media və internetlə bağlı müvafiq qurumlar, QHT-lər də ekspert təklif və ideyalarından bəhrələnmək imkanı qazanacaqlar.
Qeyd edək ki, broşürün çap edilməsi ilə sözügedən layihə başa çatdırılıb. “Gənclərin yeni mediada milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi”
layihəsinin həyata keçirilməsi ümumilikdə yeniyetmə və gənclər arasında yeni media vasitələrində milli təhlükəsizliyə zidd informasiyalarla bağlı bilgilərin, bu baxımdan ictimai və hüquqi məsuliyyət hissinin artırılmasına önəmli dərəcədə yardımçı olacaq. Layihə çərçivəsində Bakıda və regionda keçirilmiş təlimlərdə iştırak edən yeniyetmə və gənclər, gənclər təşkilatlarının nümayəndələri, həmçinin jurnalist olmaq istəyən gənclər, tələbələr yeni media vasitələrində düzgün iştirakla bağlı bilgilərini artırmaq, məlumatlanmaq və təlimatlanmaqla yanaşı həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla bağlı virtual məkanda, sosial şəbəkələrdə informasiyalar yaya, bu baxımdan internetdə hüquqi, ictimai və etik məsuliyyətə uyğun yararlanma məsələlərinin təbliğ edilməsinə diqqəti, qoşulmaq həvəsini önəmli dərəcədə artıra bilirlər. Eyni zamanda təlim həyata keçirilən Masallı və cənub bölgəsi gəncləri layihədən önəmli dərəcədə faydalanacaqlar ki, bu da son dərəcə önəmlidir.
Bu məqsədlə layihə çərçivəsində yenilənmiş “yenimedia.info” saytı internetdə hüquqi və ictimai məsuliyyətin geniş miqyasda təbliği üçün önəmli, istinad etmək üçün zəngin və əlverişli internet resurslarının keyfiyyətini və sayını artırmağa şərait yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info