Yunanıstanda ilk dəfə Baş nazir postuna qadın keçib
Tarix: 28.08.2015 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Yunanıstan prezidenti Prokopis Pavlopulos Ali məhkəmənin sədri Vasilika Tanu-Xristofilə ölkədə müvəqqəti hökumət qurmaq barədə göstəriş verib. “İnterfax” informasiya agentliyi xəbər verir ki, V.Xristofil Yunanıstan tarixində Baş nazir postuna yüksələn ilk qadındır. Beləliklə də, məhz o, ölkədə parlament seçkilərinə hazırlıq görəcək.
Yunanıstanda 6 ildə artıq 5-ci dəfə keçiriləcək ümumxalq səsverməsi çox güman ki, sentyabrın 20-də baş tutacaq.
Xatırladaq ki, hökumət başçısı Aleksis Tsipras avqustun 20-də istefaya getdiyini elan edib. Hakim SİRİZA koalisiyasındakı sərt xətt tərəfdarları Yunanıstanın xarici borcları barədə xarici kreditorlarla sazişin əleyhinə çıxdıqdan sonra Tsipras parlamentdə üstünlüyünü itirmişdi.
Onun başçılıq etdiyi hakim SİRİZA partiyası bu ilin yanvar ayında parlament seçkilərinin qalibi olmuşdu. Partiyanın seçkiqabağı kampaniyası büdcə iqtisadiyyatında sərt tədbirlərdən imtina, ciddi islahatlar və dövlət xərclərinin qənaəti də daxil olmaqla, 3-cü yardım paketi şərtlərinin üzərində qurulmuşdu.
Analitiklərin versiyasına görə, Aleksis Tsipras partiyasının seçkilərdə yenidən qələbə çalacağına ümid edir, lakin bu dəfə parlamentə yalnız partiyanın hazırkı siyasətini dəstəkləyən üzvləri daxil olacaq.
Növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə Tsiprasın hələ də yüksək olan reytinqi Baş nazir postuna mümkün namizədlər arasında onu favorit edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info