Tovuzda 2 və 3 ulduzlu hotellərin tikintisinə başlanacaq
Tarix: 28.08.2015 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Yaxın vaxtlarda Tovuz rayonunda 2 və 3 ulduzlu hotellərin tikintisinə başlanacaq. Bu barədə məlumat verən Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın Qasımovun sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ölkədə 2 və 3 ulduzlu hotellərin sayının azlığı ilə bağlı iradından sonra rayon İcra Hakimiyyətində bu barədə müzakirələr aparılıb. Şöbə müdiri qeyd edib ki, bunun üçün yerli icra hakimiyyətləri də sahibkarlara kömək edəcək. Onlara müvafiq məkanlarda yer ayrılacaq. Həmsöhbətimiz bildirib ki, Tovuzun təbiəti və son illər qurulan infrastruktur imkan verir ki, buraya səfər edən turistlər istədikləri turizm növündən zövq ala bilsinlər: «Rayonun Haçaqaya adlanan ərazisində Zəyəm çayın sahilində çimərlik turizmi üçün nəzərdə tutulmuş istirahət mərkəzi inşa edilib. Yay mövsümündə orda boş yer tapmaq, demək olar ki, mümkün deyil. Bundan başqa, Əsrik çayının sahili boyu 60-a yaxın irili-xırdalı istirahət mərkəzi, kempinq fəaliyyət göstərir. Onların sayı hər il artır. Bu məkanlar bütün əhali təbəqəsinin cibinə uyğundur”.
Aydın Qasımov rayonda kənd yaşıl turizminin də inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, əsasən dağlıq ərazilərdə yerləşən kəndlərin əhalisi öz evlərini mövsümi olaraq kirayəyə verirlər: «Əksər turistlər kənd evlərində qalmağa üstünlük verirlər. Biz şöbə olaraq bu evlərin sahibləri ilə maarifləndirmə xarakterli söhbətlər aparırıq, turistlərə yüksək xidmət göstərilməsi ilə bağlı tövsiyələr veririk. Bu kəndlərin yaxınlığında çoxsaylı tarixi abidələr yerləşir. Turistlərin istəklərindən asılı olaraq həmin abidələrə səfərlər təşkil olunur, onlara abidələr haqqında ətraflı məlumatlar verilir. Tovuz şəhərində 1923-cü ildə alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu «Şərab yolu marşrutu» turizm layihəsinə daxil edilib. Yeni inşa olunmuş karvansaray tipli «Qala», «Üç qala» kompleksi rayona gələn qonaqların diqqətini cəlb edir. Bu abidələrin yaxınlığında ictimai-iaşə müəssisələri də fəaliyyət göstərir. Bu, turistlərin dincəlməsi, onların rahat şəkildə rayon ərazisində gəzə bilməsi üçün də bir vasitədir».
Tovuz rayonunda 62 dövlət əhəmiyyətli tarix-mədəniyyət abidəsi qeydiyyata alınıb. Şöbə müdiri son vaxtlar daha 15-ə yaxın tarixi abidənin aşkar edildiyini də diqqətə çatdırıb. Məsələn, Yuxar Öysüzlü və Əyyublu kəndlərinin ərazisində qoç qəbir daşı, at qəbir daşı aşkar olunub. Bunlar çox böyük tarixi əhəmiyyətli abidələrdir. Ümumiyyətlə, Tovuz rayonundakı abidələrin əksəriyyəti gəzməli-görməli ərazilərdədir. Hazırda balıqçılıq turizminin inkişafı istiqamətində də müəyyən işlər görülür. Kür çayının sahilində Hunanlar kəndinin ərazisində bu istiqamətdə infrastruktur qurulur.
Şöbə müdiri bildirib ki, rayondan kəndə gedən Tovuz-Hunanlar yolunda təmir-bərpa işləri tamamlanıb. Bundan sonra oraya turistlərin gediş-gəlişi asanlaşacaq. Çayın sahilində qonaqların qayıqla gəzintisi təşkil olunacaq. Rayonun ərazisində 68 bulaq, 4 böyük çay, geniş meşə sahələri var. Rayona gələn turistlərin sayı ildən-ilə artır. Bu ilin 7 ayı ərzində Tovuza 40 min nəfərə yaxın turist gəlib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info