BMT: “Ermənistan əhalisi sürətlə azalır”
Tarix: 28.08.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


BMT-nin proqnozlarına görə, 2100-cü ilədək Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə düşəcək. “Sputnik”in verdiyi məlumata əsasən, bu barədə BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan mətbuat konfransı zamanı deyib.
O bildirib ki, hazırda Ermənistan əhalisi hüquqi cəhətdən 3 milyon, faktiki cəhətdən isə 2,6-2,8 milyon nəfər təşkil edir: “BMT-nin proqnozu 2010-cu il dünyada aparılan siyahıyaalmanın məlumatlarına əsaslanır”.
Q.Ayrapetyan qeyd edib ki, 2100-cü ilədək dünya əhalisinin sayı 11,2 milyard olacaq, ən böyük əhali artımı Afrikanın payına düşəcək: “Əhalinin azalmasına səbəb olacaq əsas amillər doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli göstəricidir”.
Miqrasiyaya gəldikdə isə, onun sözlərinə görə, Ermənistanda miqrasiyanın mənfi saldosu 2015-ci ildə 25 min olduğu halda, 2100-cü ilədək 12 min nəfər ölçüsündə proqnozlaşdırılır.
Demoqraf Ruben Yeganyan bildirib ki, onun proqnozuna görə hər il Ermənistanı 30 min insan tərk edir.
O qeyd edib ki, hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info