Nazir: “İnternet infrastrukturunun genişləndirilməsi üçün artıq büdcə vəsaitİ tələb olunmur”
Tarix: 28.08.2015 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbulunu davam etdirirlər. Növbəti belə qəbul avqustun 28-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən Gəncədə keçirilib. Gəncə, Samux, Goranboy, Göygöl, Daşkəsən və Kəlbəcərdən olan sakinlərin müraciəti əsasən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi və sair məsələlərlə bağlı olub.
Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb. Qəbulda iştirak edən vətəndaşlar yerlərdə keçirilən belə görüşlərə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

“Nazirliyin əsas siyasəti internet infrastrukturunu rayon mərkəzlərindən kəndlərə doğru aparmaqdır”

“İndi artıq internet infrastrukturunun genişləndirilməsi üçün dövlət büdcəsindən vəsait tələb olunmur”.Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Gəncədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu gün nazirliyin əsas siyasəti internet infrastrukturunu rayon mərkəzlərindən kəndlərə doğru aparmaqdır: “Çox yaxşıdır ki, bu gün kəndlərdə də internet istifadəçilərinin aktivliyi çoxdur. Onların internet xidmətlərini ödəmə qabiliyyətləri də yüksəkdir. Əsas problem ucqar dağ kəndlərinə internetin çəkilməsi ilə bağlı olur ki, oraya da investisiya qoyuluşu lazım gəlir”. Ə. Abbasovun sözlərinə görə, kredit götürülərək kəndlərə qədər internetin infrastrukturunun genişləndirilməsi istiqamətində işlər aparılır. Bu layihələrin hamısının rentabelli olduğunu söyləyən nazir, gəlirlərin hesabına kredit borclarının ödənildiyini vurğulayıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info