Heydər Əliyev Fondu Parisdə “Azərbaycan şəhərciyi” təşkil edəcək
Tarix: 28.08.2015 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu tərəfindən avqustun 29-dan Parisin Pale Royal meydanında “Azərbaycan şəhərciyi” təşkil olunacaq. Fonddan bildiriblər ki, “Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.
Parisdə artıq ikinci dəfə təşkil olunan “Azərbaycan şəhərciyi”ndə ölkənin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunacaq.
Milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında yaradılan “Azərbaycan şəhərciyi”ndəki bölmələrin hər biri ölkəmizi hərtərəfli tanımağa, xalqların bir-birinə daha da yaxınlaşmasına geniş imkanlar yaradacaq.
Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgi təşkil ediləcək. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə “Emalatxana” bölməsində yaxından izləyə biləcəklər. Ölkəmizi təmsil edən ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edəcəklər.
Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və Azərbaycanda yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunacaq. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi iki ölkə və xalqın həyatını tərənnüm edir.
“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulacaq. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər təqdim olunacaq. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanacaq.
Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunacaq.
“Azərbaycan şəhərciyi”ndə quraşdırılmış səhnədə, həmçinin konsert proqramları təşkil ediləcək. Konsertlərdə Azərbaycan musiqisi və rəqsləri təqdim olunacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. İzləyicilərin maraqla qarşıladıqları bu layihə Azərbaycanla əlaqələrin genişlənməsinə böyük imkanlar yaratmışdı. Bu maraqdan irəli gələrək Heydər Əliyev Fondu Parisin daha bir məşhur məkanında-Pale Royal meydanında ölkəmizin tarixini, milli-mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərciyi təşkil edir.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info