“Qərbin və Rusiyanın sanksiya siyasətinin cəzasını Ermənistan çəkir”
Tarix: 29.08.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


“Ermənistanın “Ararat forel” şirkəti tərəfindən Soçiyə göndərilən 200 kq nərə balığı elə hava limanındaca müsadirə edilərək, yandırılıb”

Məlumdur ki, Qərbin Rusiyaya tətbiq etdiyi qadağalara, Rusiya da qadağa siyasəti ilə cavab verir. Belə ki, son dövrlər Avropanın ayrı-ayrı ölkələrindən Rusiyaya gətirilən qida məhsulları yerindəcə məhv edilir. Moskvanın bu siyasəti yerli əhali arasında da birmənalı qarşılanmır. Hətta ölkəyə gətirilən qida məhsullarının məhv edilməkdənsə, imkansız ailələr, qocalar evləri arasında bölüşdürülməsi barədə də məsələ qaldıranlar var. Ermənistanın “Armenianreport. com” saytında yer alan yazıda qeyd edilir ki, sanksiya siyasətinin cəzasını Ermənistan çəkir.
Belə ki, Ermənistanın “Ararat forel” şirkəti tərəfindən Soçiyə göndərilən 200 kq nərə balığı elə hava limanındaca müsadirə edilib. Müsadirə edilən balıq yoxlamadan keçməsinə və insan sağlamlığı üçün heç bir təhlükəli bir şey aşkar edilməməsinə baxmayaraq, yandırılıb. Rusiya Baytarlıq və Fitosanitar nəzarəti xidmətinin Krasnodar üzrə nümayəndəliyi bunu Ermənistan şirkətinin Rusiya ərazisinə mal ixracı üçün sertifikatının olmaması ilə əlaqələndirib. Bununla da, Ermənistanın “Ararat forel” şirkətinə böyük maddi zərbə dəyib. Saytın yazdığına görə, bununla da Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmağın “xeyrini” görməyə başlayıb: “Axı Ermənistan bu birliyə daha yaxşı yaşamaq üçün qoşulmuşdu. Bu da nəticə. İndi belə görünür ki, Rusiya ilə Qərb arasındakı qarşıdurmadan təkcə erməni sahibkarlar deyil, adi erməni istehlakçı da əziyyət çəkəcək. Rusiya Baytarlıq və Fitosanitar nəzarəti xidməti Ermənistan və Avrasiya İqtisadi İttifaqına daxil olan başqa dövlətlərə Norveçin 14 şirkətinin məhsullarına qadağa qoyması barədə məktub ünvanlayacaq.

“Bu situasiya onsuz da çətin sosial-iqtisadi durumda olan Ermənistanda vəziyyətin daha da pisləşməsinə səbəb olacaq. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatının enerji və dəmir yolları, o cümlədən kənd təsərrüfatı kimi strateji sahələri birbaşa və ya dolayısı ilə Rusiya tərəfindən idarə edilir, onda bizi yaxşı günlər gözləmir”/i>

Ermənistan Norveçdən əsasən qızıl balıq idxal edir. Ermənistan daha sonra alınan həmin məhsulu Rusiyaya ixrac edir. Amma indi Ermənistan bu imkandan da məhrum olacaq. Biz Rusiya ilə eyni iqtisadi birlikdə yerləşirik. Amma anlamaq olmur ki, niyə Rusiya bizim yerimizə nəyi alıb-almamağımız barədə qərar qəbul etməlidir? Belə çıxır ki, Ermənistan öz ərzaq siyasətini də Moskvanın tapşırığı ilə yerinə yetirməlidir. Bu gün Ermənistan da daxil olmaqla Avrasiya İqtisadi İttifaqı ölkələrinə Norveçdən balıq almağı qadağan edən Rusiya sabah Avropa və Amerikadan məişət kimyası məhsulları almağa icazə verməyəcək. Bu situasiya onsuz da çətin sosial-iqtisadi durumda olan Ermənistanda vəziyyətin daha da pisləşməsinə səbəb olacaq. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatının enerji və dəmir yolları, o cümlədən kənd təsərrüfatı kimi strateji sahələri birbaşa və ya dolayısı ilə Rusiya tərəfindən idarə edilir, onda bizi yaxşı günlər gözləmir. Həqiqətən də, erməni xalqı üçün asan olmayacaq. Axı Rusiya şirkətləri erməni istehlakçılarından daha çox, öz gəlirlərinin qayğısına qalırlar. Moskva qadağa ilə əlaqədar İsveçrə pendirini, Baltikyanı ölkələrindən gətirilən balıqları , Avropadan gətirilən bütün malları yandırır. Bəs, biz ermənilərin günahı nədir?”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info