İsveçin xarici işlər nazirindən BMT-də təcili görüş çağırışı
Tarix: 29.08.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


İsveçin xarici işlər naziri Marqot Valström BMT-də ali səviyyədə təcili görüş təşkil edilməsi çağırışı ilə çıxış edib. Bu xəbər İsveç KİV-lərində yayılıb. Görüşün məqsədi özünü “İŞİD” adlandıran terror təşkilatı tərəfindən insanlığa qarşı törədilən cinayətlərlə mübarizədə beynəlxalq birliyin təxirəsalınmaz fəaliyyət planını işləyib hazırlamaqdır. Nazir İsveçin “Svenska Dagbladet” qəzetinə verdiyi müsahibədə deyib ki, bu məsələ dünya birliyinin gündəliyində prioritet məsələ olmalıdır. İsveçin xarici siyasət idarəsi rəhbərinin fikrincə, “müasir dünyada seksual zorakılıq, köləlik, terrorizm, qadın və qız alveri kimi hallara yol verilməməlidir”. Marqot Valström xüsusi vurğulayıb ki, o, belə hallara həmişə xüsusi fəallıqla reaksiya bildirib və bundan sonra da belə etmək niyyətindədir. Bu qlobal problemin həllində İsveçin rolu ilk növbədə beynəlxalq birliyi səfərbər etməkdən ibarətdir. Məhz bu səbəbdən, Marqot Valström “İŞİD”ə qarşı beynəlxalq səviyyədə mübarizəyə başçılıq etməyi qərara alıb. İsveçin xarici işlər naziri Marqot Valström deyir: “Mən BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə əlaqədar təcili iclasının çağırılmasını tələb etmək niyyətindəyəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdə hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info