Avstriyada yük maşınında aşkarlanan meyitlərlə bağlı üç nəfər həbs olunub
Tarix: 29.08.2015 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


Avstriyanın Burqenland əyalətinin Parndorf qəsəbəsi yaxınlığında içərisində meyitlər olan yük maşını aşkarlanıb. A4 avtomagistralının kənarında park edilmiş şübhəli soyuducu yük maşınında çoxlu sayda meyit tapıldıqdan sonra əraziyə hüquq mühafizə orqanlarının müxtəlif təyinatlı bölmələri cəlb edilib.
İlkin olaraq yük maşınında 50-dək meyit ehtimal edilsə də, soyuducu maşının yük hissəsində 71 insan cəsədi müəyyən olunaraq məhkəmə ekspertizasına göndərilib. Meyitlərdən birinin üzərində Suriya pasportu aşkarlandığına görə təhqiqatçılar yük maşınındakı insanların Suriya və ya Yaxın Şərq ölkələrindən Avropaya üz tutan qaçqınlar olduğunu ehtimal edirlər. 4 uşaq, 9 qadın və 59 kişidən ibarət qrupun maşının yük yerində hava çatışmazlığından həlak olması ehtimal edilir. Aparılan təxirəsalınmaz axtarış tədbirləri nəticəsində Macarıstanda biri yük maşının sahibi olmaqla insan qaçaqçılığı ilə məşğul olan üç şəxs həbs olunub. Cinayətkar dəstənin digər üzvlərinin axtarışı, eləcə də meyitlərin şəxsiyyətinin müəyyən olunması üzrə iş davam etdirilir. Baş vermiş hadisə ilə bağlı keçirilən mətbuat konfransında Avstriyanın daxili işlər naziri Mikl-Laytner bildirib ki, bu faciə Avropa ölkələrində qaçqınlarla bağlı problemlərin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirdi. O, qaçqınların Avropaya leqal yolla getməsi üçün hüquqi bazanın yaradılmasını, insan qaçaqçılığına qarşı mübarizəni gücləndirməyi, Avropa İttifaqının sərhədləri xaricində yerləşən “böhran regionları”nda qaçqınların işi üzrə mərkəzlərin yaradılmasını tələb edib. Mövcud qanunvericiliyə görə, Avropa İttifaqı ölkələrindən sığınacaq istəyən şəxslər yalnız ölkə ərazisinə daxil olduqdan sonra rəsmi qurumlara müraciət edə bilərlər. Bu isə həmin insanları qeyri-qanuni yollarla Avropa İttifaqı ölkələrinin ərazisinə daxil olmağa və məqsədlərinə çatmaq üçün insan qaçaqçılarına müraciət etməyə məcbur edir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info