Kərpic zavodunun istehsal gücü iki dəfə artırılıb
Tarix: 29.08.2015 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında genişlənən quruculuq tədbirləri “Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaradıb. Bu məqsədlə hazırlanmış yeni layihəyə uyğun olaraq, zavodda süni qurutma sexi inşa edilib, burada Türkiyə istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılan Kərpic Zavodunda fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunurdusa, yeni layihənin həyata keçirilməsi və daha müasir texnoloji avadanlıqlar alınıb quraşdırılmasından sonra bu göstərici 45-50 min ədədədək artıb. Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar məhsulun keyfiyyətli istehsal olunmasında mühüm rol oynayır. Zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşınma xərci çəkilmir, boşdayanma hallarına yol verilmir. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir, texnoloji proseslərə və məhsulun keyfiyyətinə ciddi əməl olunur. Zavodda istehsal edilən səsboğucu, radiasiyasız, yayda sərin, qışda isə isti saxlayan keyfiyyətli tikinti materialı kimi kərpicə tələbat ildən-ilə artır. Bu da, təbii ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının və əhalinin maddi rifahının daha da yaxşılaşmasının göstəricisidir. Zavodun istehsal gücünün artırılması artan tələbatın ödənilməsinə və daxili bazarın keyfiyyətli yerli tikinti materialları ilə təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Hazırda müəssisədə 131 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı alır, xüsusi geyim formaları və servis xidməti ilə təmin olunurlar.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info