“Fəal gənclərimizin sayı ilbəil artmaqdadır”
Tarix: 29.08.2015 | Saat: 01:46:00 | E-mail | Çapa göndər


Rəşad Baxşəliyev: “Ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib”
Gənclərin ictimai aktivliyi cəmiyyətin inkişafında təkandır. Hazırda Azərbaycan gənclərinin bu baxımdan fəallığı öz müsbət nəticələrini verməkdədir. Gənclərin bu fəaliyyəti yeniyetmələrə də bir örnəkdir. Müsahibimiz Rəşad Baxşəliyev məhz belə bir mühitdə böyüyüb və bu gün YAP Abşeron rayon təşkilatının İdarə heyətinin üzvü və Gənclər Birliyinin sədr müavinidir. Qeyd edək ki, Rəşad Baxşəliyev eyni zamanda Türkiyənin Namik Kamal Universiteti Beynəlxalq iqtisadi münasibətlər ixtisasında bakalavr təhsili alır. Bir çox elmi konfransların, layihələrin, dəyirmi masaların, aksiyaların, müsabiqələrin, seminarların, festivalların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının təşkilatçısı və iştirakçısı olub. Dəfələrlə Gənclər və İdman Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayon Gənclər və İdman idarəsinin və QHT-lərin diplom və fəxri fərmanları ilə təltif edilib.

-Dövlətin apardığı gənclər siyasəti gənclərdə öz təzahürünü necə göstərir?
-Biz gənclərlə, yeniyetmələrlə, hətta azyaşlılarla daha çox çalışırıq. Biz bilirik ki, Azərbaycanın gələcəyi, ulu öndərimizin də dediyi kimi, gənclərin əlindədir. Buna görə də biz onlarla fəaliyyətimizi daha geniş, daha sıx şəkildə qururuq və bu istiqamətdə tədbirlərimizi həyata keçiririk. Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Abşeron gəncləri dövlət dəstəyi ilə xeyli sayda yerli və beynəlxalq layihələr həyata keçiriblər. Burada gənclərin intellektual səviyyəsinin artırılması, istedadlı gənclərin üzə çıxarılması, 20 Yanvar və Xocalı faciələrinin dünya ictimaiyyətinə tanıdılması kimi layihələri qeyd etmək olar. Bundan əlavə Abşeronda Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-dan artıq layihə reallaşdırılıb. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunaraq cəmiyyətin inkişafına öz töhfələrini verdiyindən, onların bilik və bacarıqlarından istifadə olunur.
-Abşeron gənclərinin ictimai-siyasi aktivliyi hansı səviyyədədir?
-Abşeron gənclərinin, demək olar ki, böyük qismi fəal gənclərdir. Abşeron rayonu ilə yanaşı, Azərbaycanın digər regionlarında və o cümlədən xaricdə bakalavr, magistr, doktorantura pillələrində təhsil alan kifayət qədər gəncimiz var. Bu cür gənclərin sayı ilbəil artmaqda davam edir. “Bakı-2015” ilk Avropa Oyunlarında keçirilən karate yarışlarında ölkəmizə ilk qızıl medal qazandıran Abşerondan olan gəncimiz Firdovsi Fərzəliyevin beynəlxalq yarışlardakı uğurları gənclərimizin əsas məşğuliyyətini özündə əks etdirir.
-Son illər YAP Abşeron təşkilatı Gənclər Birliyi gənclərlə bağlı hansı işlər görüb?
-YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinin məqsədi gənclərin ideoloji, eyni zamanda vətənpərvərlik tərbiyəsinin aşılanması məsələlərinə xüsusi önəm verməkdir. Biz çalışırıq ki, gənclərimiz hərtərəfli inkişaf etsin. Bildiyimiz kimi, 2013-cü il ölkə rəhbəri tərəfindən imzalanmış sərəncama “İKT ili” elan edilib. Məhz gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə YAP Abşeron rayon təşkilatı Gənclər Birliyi olaraq “Gənclərin İKT bacarıqlarının artırılması” adlı təlim kursu keçirdik. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə birliyimizin fəal üzvləri maraqlı fləşmob və “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı fləşmob həyata keçiriblər . Əlavə olaraq qeyd edim ki, daha bir neçə layihələrimiz var ki, üzərində çalışırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
21.02.2019
Vergi islahatları şəffaf və sürətli sosial-iqtisadi inkişaf üçün zəmin yaradır
20.02.2019
“İnternet mediaya üz tutan oxucuların sayı artır”
19.02.2019
“Ukraynada polis sistemində çoxlu azərbaycanlı çalışır”
18.02.2019
İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info