Lionel Messi Avropada ilin futbolçusu seçilib
Tarix: 29.08.2015 | Saat: 01:53:00 | E-mail | Çapa göndər


2014-2015-ci il mövsümündə “UEFA Avropada ilin ən yaxşı futbolçusu” mükafatına “Barselona” komandasının argentinalı oyunçusu Lionel Messi layiq görülüb.
Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünün atılmasından sonra “Barselona”dan Lionel Messi və Luis Suarezin, “Real” Madriddən isə Kriştiano Ronaldunun əsas namizədlər olduğu mükafatın sahibinin müəyyən olunması üçün səsvermə keçirilib. UEFA-ya üzv olan 54 ölkədən jurnalistlərin iştirak etdiyi səsvermədə rəqiblərini geridə qoyan Messi Avropada 2014-2015-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib. L.Messi artıq beşinci dəfə verilən bu mükafata iki dəfə layiq görülüb. Argentinalı futbolçu bundan əvvəl 2010-2011-ci il mövsümündə qitənin ən yaxşı futbolçusu seçilmişdi. Messidən başqa, bu mükafata daha əvvəl “Barselona”nın ulduz oyunçusu Andres İniesta, “Bavariya”nın fransalı legioneri Frank Riberi və Kriştiano Ronaldu sahib olublar. Qadınlar arasında isə ilin futbolçusu adına almaniyalı Selia Sasiç layiq görülüb. Avropada ötən mövsümün ən yaxşı qolu da müəyyənləşib. Səsverməyə əsasən, "Barselona"nın futbolçusu Lionel Messinin Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya qarşı ilk matçda vurduğu qol ötən mövsümün ən yaxşısı seçilib. Argentinalı hücumçunun bu qolu səslərin 39 faizini toplayıb. "Real"ın futbolçusu Kriştiano Ronaldonun ÇL-də "Liverpul"a vurduğu qol ikinci seçilib. Ən çox səs toplayan üçüncü qol isə Aron Remsinin "Qalatasaray"la matçdakı qolu olub.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info