“Karyera A-dan Z-yə” kitabının Şəki və Gəncə şəhərində təqdimatı olub
Tarix: 31.08.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və İB Club-un maliyyə dəstəyi ilə reallaşan “Karyera A-dan Z-yə” kitabının Şəki şəhərində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında və Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Unversitetində təqdimatı baş tutub. Təqdimatda universitet tələbələri iştirak edib. Kitabın müəllifi Toğrul Ələkbər gənclərin suallarını cavablandırıb və öz tövsiyələrini verib. Sonda gənclərə müəllifin imzalı kitabları hədiyə olunub
Layihənin məqsədi gənclərin peşəkar inkişaf yolunda ehtiyac duyduqları bütün məlumatları ana dilimizdə rahatlıqla əldə edə biləcəkləri, onlara ixtisas seçimi, düzgün rezyume hazırlanması, karyera planlaması, müsahibə zamanı qarşılaşacaqları çətinliklər və doğru cavabların nələrdən ibarət ola biləcəyini göstərən, təcrübəli şəxslərin biliklərini bölüşdükləri və s. məlumatları özündə ehtiva edən bir vəsaitin – kitabın nəşr olunması vasitəsilə gəncliyimizin inkişafına töhfə verməkdir.
Kitabın müəllifləri təcrübəli təlimçi - instruktor Toğrul Ələkbər və gənc araşdırmaçı jurnalist İlahə Orucovadır. Kitabın hazırlanması müddətində müəlliflər yerli əmək bazarı ilə birgə həmçinin xarici mütəxəssisləri və ədəbiyyatı da araşdırıblar.
Bununla yanaşı, kitabı daha faydalı etmək üçün onlar Azərbaycanda, yerli və xarici şirkətlərdə çalışan 10-a yaxın təcrübəli HR mütəxəssislərdən müsahibə götürərək, kitabın ana mövzularına aid fikirlərini alıblar.
Kitab fərdi inkişaf sahəsində Azərbaycan dilində yazılmış nadir kitablardan olaraq “kitab-təlim” formatında yazılıb və oxucu ilə birbaşa ünsiyyətdə olur. Bu kitab faydalı məlumatlarla yanaşı, oxuculara məlumatları daha yaxşı mənimsəmək üçün tapşırıqlar da təqdim edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info