Azərbaycan “Africacom-2015“ beynəlxalq İKT sərgisində təmsil olunacaq
Tarix: 31.08.2015 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Azərbaycan bu il noyabrın 17-19-da Keyptaunda (Cənubi Afrika) keçiriləcək "Africacom-2015" beynəlxalq İKT sərgisində təmsil olunacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, sərgidə Azərbaycanı "Azərkosmos" ASC-nin nümayəndəsi təmsil edəcək. Bu il "AfricaCom" tədbiri İ-Hub ilə təchiz olunacaq və "MLab" ilə tərəfdaşlıq çərçivəsində innovativ hab yaradılacaq. Sərginin əsas məqsədi investisiyaların təşviqi və ölkənin İKT sahəsində uğurlarının təqdim edilməsidir. Sərgi çərçivəsində "Africa Com Awards" müsabiqəsinin qaliblərinin mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə "Şəbəkə təkmilləşdirməsi", "LTE inkişafında irəliləyiş", "Afrika üçün ən yaxşı iqtisadi effektivlik həlli", "Afrika üçün ən yaxşı həllin quraşdırılması", "Afrika üçün VSAT-innovasiyalar", "Ən yaxşı marketinq şirkəti", "Mobil Pul Cüzdanı xidməti", "Afrika üçün ən yaxşı əlavə proqram", "Afrika üçün ən yaxşı innovativ xidmət", "Ən yaxşı Pan-Afrikan təşəbbüsü", "Ən yaxşı baş direktor", "Sosial həyata dəyişikliklər premiyası" nominasiyalarında keçiriləcək. Tədbirdə 140 ölkədən 375 eksponatın nümayişi, 350 dünya səviyyəli məruzəçinin çıxışı, 10 mindən çox insanın iştirakı gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info