“Ermənistan BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirməlidir”
Tarix: 31.08.2015 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Küveyt səfiri: “Gec-tez haqqınız bərpa olunacaq”

Küveyt dövlətinin Azərbaycandakı səfiri Səud əl-Ruminin müsahibəsi:


- Azərbaycan və Küveyt arasındakı ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?

- Azərbaycan-Küveyt əlaqələri çox spesifik və daimi inkişafda olan əlaqələrdir. Bizim Azərbaycanın məsul şəxsləri ilə daimi əlaqələrimiz var. Münasibətləri daha da inkişaf etdirib yüksək səviyyəyə qaldırmaq məqsədilə onlarla görüşürük. Cənab Prezident İlham Əliyev 4 il əvvəl Küveytdə olub. Bu səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə bir çox sazişlər imzalanıb. Çox uğurlu səfər idi. Müsəlman dövlətləri olduğumuz üçün Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edirik. Bu yaxınlarda Küveyt hökumətinin yüksək səviyyəli məsul şəxslərindən birinin Azərbaycana səfəri gözlənilir. Bizi Azərbaycanla bağlayan adət-ənənələrimiz, tarixi, dini, mədəni əlaqələrimiz var. Həm də bizi bir-birimizə coğrafi mövqeyimiz birləşdirir. Körfəz ölkələri arasında Azərbaycana ən yaxın yerləşən Küveytdir. Əgər birbaşa hava reysi açılsa, təyyarənin uçuş vaxtı cəmi 1 saat 50 dəqiqə çəkər. Halbuki indi Dubay və Doha yolu ilə Azərbaycana gəlməli oluruq.

- Küveytin yüksək səviyyəli rəsmilərindən birinin Azərbaycana səfər edəcəyini dediniz. Həmin rəsmi şəxsin kim olduğunu məlumdurmu?

- İndiyə qədər hələ bu barədə danışıqlar gedir. Ümid edirik ki, Küveyt dövlətinin baş naziri Azərbaycana gələcək. Bunu çox istərdik.

- Siyasi, iqtisadi, müdafiə, ticarət, turizm və digər sahələrdə əməkdaşlıqda hər hansı yeniliklər gözlənilir? Ümumiyyətlə, bu sahədə hər hansı müqavilə və sənədlərin imzalanması planlaşdırılırmı?

- Bizim siyasi və iqtisadi sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası əməkdaşlıq komissiyası fəaliyyət göstərir. Təxminən 2 il yarım bundan qabaq - 2013-cü ilin fevralında Küveyt baş nazirinin I müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub və bu komissiyanın iclası keçirilib. Azərbaycan tərəfdən eyni səviyyədə nümayəndə heyətinin də əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Küveytə səfər edəcəyi gözlənilir. Səfərin bu il baş tutacağı planlaşdırılır. İqtisadi sahədə konkret əməkdaşlığa gəlincə, deməliyəm ki, Küveytin iş adamları artıq Qəbələyə bir çox investisiya qoyub. Xüsusən, kənd təsərrüfatı, şirələrin istehsalı sahəsində və onların Küveytə ixracı sahəsində iş gedir. Küveyt iş adamları Qəbələ ilə çox maraqlanırlar. Qəbələ həm kənd təsərrüfatı, həm də turizm baxımından çox əlverişli bölgədir. Küveytlilər Azərbaycana əsasən turizm məqsədilə gəlirlər. Lakin viza problemləri olduğu üçün bu istiqamətdə bəzi problemlərlə üzləşirik. Küveytlilər turizm, ümumiyyətlə, viza sahəsində problemlər gördükdə Türkiyə və Gürcüstana üz tutmalı olurlar. Küveytlə Azərbaycan arasında həm ticarət reysləri, həm də sərnişinlərin səfərləri təşkil ediləcək. Həftədə 20 reys nəzərdə tutulub. Biz gələcəkdə Küveyt-Qəbələ reysinin açılmasını istərdik, lakin viza problemi olduğu üçün turistlərin necə gələcəyi sual yaradır. Mənim ailəm bura gəlmək üçün viza problemi ilə üzləşir. Viza məsələsi bir həftə - 7 gün vaxt alır. Lakin buradan hər hansı adam Küveytə getmək istəsə, ona 24 saat ərzində viza veriləcək. Əlbəttə, biz burada günahı nə Azərbaycanın Küveytdəki səfirliyində, nə də XİN-də görürük. Burada viza verilməsi məsələləri ilə məşğul olan immiqrasiya təşkilatları məsuliyyət daşıyır. Biz səfirlik olaraq hər bir iş adamı üçün imkan daxilində Küveytə gedib-gəlmək üçün şərait yaradırıq. Çox istərdik ki, viza problemi həll olunsun. Beləliklə, küveytli turistlərin Azərbaycana səfərləri asanlaşar.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinizi öyrənmək istərdik. Sizcə, prosesin canlanması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri nə etməlidir?

- Küveyt dövləti BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarları dəstəkləyir. Xüsusilə, son zamanlarda təmas xəttində günahsız insanların ölümləri ilə nəticələnən hadisələr bizi təəssüfləndirir. Problemin həllini hər iki tərəfin danışıqlar masası arxasında əyləşib, qarşılıqlı şəkildə məsələni həll etməsində görürük.

- Sizcə, Dağlıq Qarabağ münaqişəsi, eləcə də, dünyada uzun illərdir həllini tapmayan münaqişələrin timsalında beynəlxalq təşkilatların tənzimləyici kimi rolunun zəiflədiyini demək olar?

- BMT-nin Dağlıq Qarabağla bağlı müvafiq qətnamələri var. Ermənistan bunları yerinə yetirməlidir. Bu qərarları bütün dünya dövlətləri dəstəkləyiblər və qərarlar yerinə yetirilməlidir. Dediyim kimi, ən yaxşı həll yolu hər iki tərəfin danışıqlar masası arxasında əyləşib həll yolu tapmalarıdır. Biz müharibənin əleyhinəyik. Beynəlxalq təşkilatlar da bu sahədə müəyyən işlər görürlər. Bizim belə bir misalımız var, haqq gec-tez sahibinə qayıdacaq. Siz haqlısınız. Gec-tez haqqınız bərpa olunacaq.
APA




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info