Səbailli «Gənc Heydərçilər»in Qusardakı yay düşərgəsində istirahəti başa çatıb
Tarix: 31.08.2015 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi ilə birgə artıq 2-ci dəfə həyata keçirilən layihəsi başa çatıb. Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin ilk dəfə olaraq ön xətdə xidmət edən zabitlərin övladları ümumilikdə – 180 nəfər üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb. Bu layihənin Müdafiə Nazirliyinin hərbi hissəsində keçirilməsi məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib. Hərbi hissədəki əsgər kazarmalarının birində «Gənc Heydərçilər» üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib. Məktəblilər üçün xüsusi formalar tikilib, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş, onların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olub. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilib. Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, özləri də təlimlərə qatılıblar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar təlim prosesində maneələri dəf edib, ilk dəfə olaraq avtomat silahdan atəş açıb, hərbi texnikanın döyüşdə iştirakını müşahidə ediblər. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradıb.
Uşaqların Qusar, Quba və Xaçmaz rayonlarının görməli yerlərinə, meşələrə, tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırımı muzey-kompleksinə, Qusar və Xaçmazdakı Heydər Əliyev Mərkəzlərinə, Gənclər evinə, Xalça və Şəxsiyyətlər muzeylərinə, ən əsası Şahdağ Qış-yay turizm kompleksinə gəzintiləri təşkil olunub.
Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları və çoxsaylı qonaqlar əvvəlcə hərbi hissədə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, «Gənc Heydərçilər» düşərgə dövründə əldə etdikləri bilik və bacarıqlarını nümayiş etdiriblər.
Düşərgənin bağlanışına həsr olunmuş təntənəli tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Müdafiə Nazirliyi ilə 2-ci ildir ki, keçirilən birgə layihənin əhəmiyyətini vurğulamış, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib. Asif Əsgərov həm də qeyd edib ki, bu ilin avqust ayında artıq 10-cu dəfə Səbail RİH-nin DİN Daxili Qoşunlarla birgə ənənəvi layihəsi əsasında «Şahinlər» düşərgəsində 200 yeniyetmə istirahət edib və bu zaman uşaqlar ibtidai hərbi hazırlıqla bağlı biliklərə yiyələniblər.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, valideyn Vahid Novruzov və başqaları düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışıb, gələcək nəslin Vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndiriblər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirib, yeniyetmələrdən ibarət xüsusi təyinatlı dəstə nümunəvi çıxışlarını göstəriblər. Sonra hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.
Düşərgədə təşkil olunan bayram konsertində tanınmış incəsənət xadimləri ilə yanaşı, burada istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər.
Hərbi-vətənpərvərlik təmayullu «Gənc Heydərçilər» düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxıb, onlar burada yeni-yeni doslar tapıb, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olublar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info