ƏƏSMN-nin daha iki Tibbi-Sosial Ekspert Komissiyası üçün yeni ofislər
Tarix: 31.08.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlərin davamı olaraq Qazax və Ağstafa rayonları üzrə 27 saylı, Şəmkir və Gədəbəy rayonları üzrə 29 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunublar.
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əvvəllərdə TSEK-lər daimi inzibati binaları olmadığına görə ayrı-ayrı yerlərdə, müxtəlif təşkilatlara məxsus binalarda, uyğun olmayan şəraitdə yerləşirdilər və tibbi-sosial ekspertizanın aparılması üçün müasir avadanlıqlara da malik deyildilər. Ötən ilin ortalarından artıq bu çətinliklər aradan qaldırılır və nazirliyin 38 TSEK-indən artıq 30-a yaxını yeni inzibati binalarda müasir iş şəraiti və ekspertiza avadanlıqları ilə təmin edilib. Belə şərait təbii ki, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərməyə, əlillik müayinələrinin normal şəkildə aparılmasına imkan verir. Qısa müddətdə digər TSEK-lərdə də belə şərait yaradılacaq. Tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlər də diqqətə çatdırılıb. Qeyd olunub ki, tətbiq olunan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaradıb. Bu da əlillik müayinəsinin aparılması ilə bağlı vətəndaşla məmur arasında təmasların xeyli azalmasını, tibbi-sosial ekspertiza xidmətində müasir iş üsullarının formalaşmasını şərtləndirir. Görülən işlərin müsbət nəticələri kimi, bir tərəfdən əlilliyi olan şəxslər arasında reabilitasiya göstəriciləri yüksəlib, digər tərəfdən isə əlillik və reabilitasiya məsələləri ilə əlaqədar nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalıb. Tədbirlərdə TSEK-lərin yeni iş şəraitləri və tibbi ekspertiza avadanlıqlarına baxış olub.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info