Xaricdəki gənclərimiz keçirəcəkləri layihələri açıqladılar
Tarix: 31.08.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının (Azerbaijan İnternational Youth Alliance) təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan gənclər Şamaxıya səfər ediblər. Səfərin məqsədi gənclərin Vətənlə əlaqələrini möhkəmləndirmək, onları həqiqətlərimizi xaricdə yaymağa təşviq etmək və perspektiv layihələrin müzakirəsini aparmaqdır. Gənclər ilk olaraq səfər çərçivəsində Bakı-Şamaxı yolunun kənarında dəfn edilən naməlum türk əsgərinin şərəfinə ucaldılan abidəni ziyarət etdilər. DJB sədri Fuad Hüseynzadə abidə önündə çıxışında qeyd etdi ki, bu məzar Türkiyə-Azərbaycan qardaşlığının simvoludur: “Azərbaycanlılar Türkiyə, eləcə də başqa dövlətlərin uğurunda gedən döyüşlərdə vuruşub, şəhid olublar. Lakin həmişə Azərbaycanın dar günündə yalınız Türkiyə əsgərləri gəlib döyüşüb və şəhid olublar. Qarşısında durduğumuz türk əsgərinin məzarı da bunun sübutudur. Son günlər terrorçulara qarşı mübarizədə Türkiyə əsgərlərinin şəhid olması xəbərini eşidirik. Bu abidə önündə Türkiyənin azadlığı uğurunda mübarizədə şəhid olan əsgərləri anırıq və Allahdan onlara rəhmət diləyirik”.
Daha sonra gənclər Şamaxı Rəsədxanasına baş çəkiblər. Rəsədxananın ekspedisiya təşkilatçısı Müşfiq Hüseynov gənclərə burada olan teleskoplar haqqında məlumat verdi. Qeyd etdi ki, Rəsədxanada dünyada 4 teleskopdan bir olan ulduz teleskopu var. Bu teleskopla milyonlarla işıq ili məsafəsində olan ulduzları müşahidə etmək mümkündür.
Gənclərin istirahəti və vaxtlarını səmərəli keçirməsi üçün meşə gəzintiləri də təşkil oldu. Bununla yanaşı səfər müddətində gənclər əyləncəli və düşündürücü oyunlar oynadılar. Günün ikinci yarısında isə gənclər açıq səma altında “Xaricdə yaşayan gənclərimzidən faydalan” adlı dəyirmi masa keçirdilər. Yığıncaqda Azərbaycan diasporunun gənc fəalları həyata keçirəcəkləri tədbir və layihələr haqqında məlumat verdilər. Tədbiri DJB sədri Fuad Hüseynzadə açaraq görüləcək işlər haqqında danışdı. O bildirdi ki, DJB növbəti mövsümdə həmişəki kimi fərqli layihələrə start verəcək: “Biz Dünya Jurnalistlərinin Dostluq Şəbəkəsini yaratmağı planlaşdırırıq. Bunun üçün ilk Avropa Oyunlarını izləmək üçün Bakıya gələn əcnəbi jurnalistlərlə birbaşa təmasda olduq. Onların bir çoxu Şəbəkəyə qoşulmağa razılıq verib. Məqsədimiz qarşılıqlı informasiya mübadiləsi ilə jurnalistlərin öz ölkələrinin tanıtımını etməkdir. Şəbəkə öz ətrafında müxtəlif ölkələrdən olan jurnalistləri, bloggerləri, fotomüxbirləri, eləcə də sosail media mütəxəssislərini birləşdirəcək ”.

Türkiyədə Xalq şairi Bəxtiyar Vahabzadənin yubileyi qeyd olunacaq

Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai -siyasi humanitar şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva dedi ki, sentyabrın 3-də Şəmkirdə Binəqədi RİH tərəfindən “Gənclərin liderlik məktəbi” layihəsi keçiriləcək. Onun sözlərinə görə, layihə çərçivəsində xaricdə təhsil alan binəqədili tələbələr də öz təcrübələrini region gəncləri ilə bölüşəcəklər.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu xeyriyyəçilik tədbirlərini davam etdirəcəklərini qeyd etdi.
Türkiyənin Mehmet Akif Ersoy Universitetinin tələbəsi, Zəngin Azərbaycan Uğurunda Mübarizə İctimai Birliyinin (ZAUM) sədr müavini Samir Orucov ”Azərbaycan dünyanın gözü ilə” kitabını nəşr etdirəcəyini vurğuladı.
Varşava Sosiologiya Akademiyasının bakalavrı və “diaspora.az” saytının rəhbəri Nail Əhməd dedi ki, ilk dəfə olaraq Polşadan Azərbaycana ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan veloyürüş edəcəklər: “Biz, xaricdəki gənclər çalışmalıyıq daha böyük layihələrə imza ataq. Məsələn, hər birimiz yaşadığımız şəhərin Azərbaycanın hər hansı bir şəhəri ilə qardaşlaşmış şəhər olması üçün ilkin addımı ata bilərik. Bunun üçün yaşadığımız şəhərin merinə rəsmi məktubla müraciət edə bilərik”. Kolumbiya Universitetinin magistri Mehriban Nəsib ABŞ-da əcnəbi tələbələrə üzərində “Qarabağ” yazılan köynəklər paylaycağını dedi
Diaspor Jurnalistləri Birliyinin İdarə heyətinin üzvü, ictimai fəal Vüqar Nuriyev xaricdəki gənclərin kreativ ideya və layihələrini yüksək qiymətləndirdi: “Sizin bu addımlar təqdirəlayiqdir və alqışlanmalıdır. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işində sizin kimi vətənpərvər Azərbaycan gənclərinin mühüm rolu var. İnanıram ki, sizin bu keçirəcəyiniz layihələrlə xalqımızın qədim tarixi və ənənələri, zəngin mədəniyyəti, incəsənəti və ədəbiyyatını layiqincə tanınacaq”.
Türkiyənin Balıkesir Universitetinin tələbəsi Mirkamil Kazımov dedi ki, digər ölkələrin tələbələrinin azərbaycanlı tələbələrdən istifadə etməsinə imkan verilməməlidir.
Doğu Akdeniz Universitetinin tələbəsi və EESTEC LC Famagusta (Elektrik Mühəndisliyi Avropa Tələbələr Assosiasiyası, Qazimağusa yerli komitəsi) sədri Toğrul Abbasovsa keçirəcəkləri “Zəngin ədəbi irsimizi öyrən və sev” adlı ədəbi gecə haqqında məlumat verdi.
Doğu Akdeniz Universitetinin digər tələbəsi, DJB-nin Şimali Kipr üzrə təmsilçisi Rəşad Bədirli isə bildirdi ki, Kipr universitetləri və dövlət kitabxanalarında Azərbaycanla bağlı guşələr yaradacaqlar. Kipr Beynəlxalq Universitetinin tələbəsi Nurlan İbadovsa təklif etdi ki, bu guşələrdə Azərbaycan bayrağı və simvolları da yerləşdirilsin.
Sankt-Peterburqdakı Azərbaycan Gənclər İttifaqının sədr müavini Zülfüqar İsmayılovsa qeyd etdi ki, Rusiya KİV-lərində Azərbaycanla bağlı materialların yer alması üçün aktiv fəaliyyət göstərəcəklər.

Xaricdəki gənclərin Şamaxı səfəri ilə bağlı videoçarx da hazırlanıb

Türkiyənin Kafkas Universitetinin tələbəsi Mircavad Kazımov dedi ki, Karsdakı azərbaycanlı tələbələrin neqativ yollara getməməsi üçün təbliğat aparcaqlarını bildirdi. Kafkas Universitetinin digər tələbəsi Süleyman Kazımovsa Karsda Azərbaycanın mədəniyyət günlərini keçirməyə hazırlaşdıqlarını dedi.
Türkiyənin Kayseri Universitetində təhsil alan Jalə Məmmədli də belə mədəniyyət günləri keçirəcəklərini bildirdi.

Türkiyənin Erciyes Universitetinin magistri və aZAUM-nın koordinatoru Ləman Süleymanqızı dedi ki, Xalq şairi Bəxtiyar Vahabzadənin yubileyini qeyd edəcəklər. Həmçinin Erciyes Universitetinin tələbələrinin Azərbaycana səfərini təşkil edəcəklər.
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi, ZAUM-nın Kahramanmaraş təmsilçisi Tural Şahbazlı yaşadığı şəhərdə Qarabağ parkı və Xocalı muzeyinin açılacağını dedi: “Bu parklar Kahramanmaraş Sütçü İmam Universitetinin və ZAUM-nın Kahramanmaraş təmsilçiliyinin dəstəyi ilə açılacaq. Eyni zamanda Malatya və Kayseri şəhərlərində də belə parklar açılacaq. Biz bələdiyyələrlə bu istiqamətdə iş aparırıq. Çalışacağıq ki, parkın içində məscidə də tikilsin”.
Kahramanmaraş Sütçü İmam Unversitetinin tələbəsi Vaqif Zülfüqarov Azərbaycanın simvolları ilə bağlı medal və kiçik heykəllər hazırlatdıracağını vurğuladı.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, təlimçi Əlgül Ağayevsə Prezident yanında Gənclər Fondunun "Özünü təqdim et- Mən Azərbaycanlıyam" layihəsini keçirəcək. “Ölkə daxilində gənclərin dünyada təhsilə və təhsil müddətində Azərbaycanın təbliğinə hazırlanması ilə məşğul olacam. Onlarda bu bacarıqların formalaşması üçün qeyri-formal təhsil metodlarından istifadə edəcəm. Yaxın aylar ərzində səfərlərimdə daha çox turizm və mədəniyyətin təbliğinə əsaslanan layihələr edəcəm. Təklif olaraq təbliğatda daha çox bizdən asılı olmadan dünyada tanınan bizə məxsus - məsələn, Azərbaycan mədəniyyətini adətlərini özündə əks etdirən "Əli və Nino" romanının təbliği, Məhəmməd Əsəd bəyin azərbaycanlı müəllif olaraq təqdim olunması, caz sənətimiz Əzizə Mustafazadənin azərbaycanlı kimi təbliği və.s müsbət effekt verər”.
Tədbirdəki digər gənclər də növbəti aylarda keçirəcəkləri layihələrin adlarını açıqladılar.
Toplantıda 30 ölkədə yaşayan və təhsil alan gəncləri bir araya gətirən AİYA-nın təsisinin növbəti mərhələləri - struktur, missiya, vizion, nizamnamə və üzvlük qaydalarının müəyyən edilərək ictimaiyyətə açıqlanması, təşkilatın qeydiyyat işlərini həyata keçirərək icra planının hazırlanmasına başlanılması məsələləri müzakirə olundu. Müzakirələrdə AİYA-nın Almaniyada qeydiyyatdan keçirilməsi, xarici ölkələrdə koordinatorluqlarının yaradılaması təklif olundu. DJB-nin İdarə heyətinin üzvü Siyavuş Əmirli isə AİYA-nın 10 dildə “Vikipediya” səhifəsini yaratmağı öz öhdəsinə götürdü.
Sonda xaricdə ictimai fəallıq göstərən gənclər DJB və AİYA tərəfindən Təşəkkürnamə ilə təltif olundular. Qeyd edək ki, xaricdəki gənclərin Şamaxı səfəri ilə bağlı videoçarx da hazırlanıb. Yaxın günlərdə videoçarxın nümayişi olacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info