“Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri var”
Tarix: 31.08.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Dünya yəhudiləri sentyabrın 14-də “Roş-Ha-Şana” bayramını qeyd edəcək.
Yəhudi təqvimi ilə 5776-cı ili qarşılamaq münasibəti ilə Azərbaycandakı Dağ yəhudiləri icmasında dünya yəhudilərinin bayramına hazırlıqlar başlayıb.
Azərbaycan Dağ Yəhudiləri İcmasından verilən məlumata görə, dördüncü ildir Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin təşəbbüsü və təşkilatçılığı ilə icmanın az təminatlı üzvlərinə ərzaq çeşidlərindən ibarət yardım edilir. Bu il “Roş-Ha-Şana” bayramı ərəfəsində 300 ailəyə ərzaq paketi təqdim olunacaq.
Qurumdan qeyd ediblər ki, Dağ yəhudiləri icmasının həyatında yenilik baş verib. Yasamal rayonu ərazisində yerləşən “Qurd qapı” sı adlanan qəbiristanlığın yəhudi hissəsində dəfn mərasiminin (meyidin yuyulması və kəfənlənməsi) təşkili üçün nəzərdə tutulan xüsusi binanın sentyabrın 1-də tikilməsinə başlanacaq.
Milix Yevdayevin təşəbbüsü ilə inşa edilən sözügedən binandan bütün yəhudilər (dağ yəhudiləri, Avropa və gürcü yəhudiləri) istifadə edə biləcəklər. Buna kimi dağ yəhudilərin özlərinin ayrıca belə bir xidməti fəaliyyət göstərməyib. Xidmət ödənişsiz olacaq.
Yeni 5776-cı ilin gəlişi münasibəti ilə dağ yəhudiləri sinaqoqunda böyük bayram süfrəsi açılacaq. Bayram duaları oxunacaq, şənliklər təşkil olunacaq. Tədbirə İsrail dövlətinin Azərbaycandakı səfiri, millət vəkilləri və ictimaiyyət nümayəndələri dəvət olunub.
Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, “Roş-Ha-Şana” özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır: “Bu gün Azərbaycan etnik-mədəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud olduğu nadir məkanlardandır. Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri var”.
M.Yevdayev əlavə edib ki, yəhudi əsilli Azərbaycan vətəndaşları hazırda böyük inkişaf və tərəqqi yüksəlişini yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi dövlət quruculuğu prosesində fəal mövqe nümayiş etdirirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info