Suraxanıda “Ölümə qənşər“ sənədli-bədii filmin təqdimatı olub
Tarix: 31.08.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Avqustun 31-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanları – Rafiq Alıcanov, Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı olub.
Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, təqdimatda "Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin rayon şöbəsinin əməkdaşları, müharibə veteranları, Rafiq Alıcanovun ailə üzvləri və döyüş dostları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin nümayəndələri, rayon gəncləri iştirak ediblər.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova çıxış edərək diqqətə çatdırıb ki, tədbirin keçirilməsində məqsəd vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini növbəti dəfə yad etmək və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsidir.
S.Hüseynova xüsusi vurğulayıb ki, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş, əlil olmuş vətəndaşlarımızın sosial məsələlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzində olan vacib məsələlərdəndir. Şəhidlərimiz unudulmur, onların həyatı, keçdiyi döyüş yolu haqqında sənədli, bədii filmlər çəkilir, kitablar yazılır, ədəbi-bədii tamaşalar hazırlanır. Şəhid adları əbədiləşdirilir.
İB-nin sədri Venera Əsgərova bildirib ki, filmin çəkilməsi İctimai Birliyin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi" layihəsi çərçivəsində mümkün olub.
Filmin nümayişindən sonra müharibə veteranları, Rafiq Alıcanovun ailə üzvləri və döyüş dostları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin nümayəndələri, rayon gəncləri ekran əsəri haqqında fikirlərini bölüşüblər.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
25.09.2018
Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info