ASAN Könüllülərinin “Yay Məktəbi” başa çatıb
Tarix: 31.08.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


ASAN Könüllülərinin Qax rayonunda keçirilən II “Yay məktəbi” uğurla başa çatıb.
“ASAN” Xidmətdən verilən məlumata görə, “Yay məktəbi”nin sonuncu günündə gənclər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyevlə görüş keçiriblər.
“ASAN Könüllüləri” Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildirib ki, Gənclər Fondu “ASAN könüllüləri” təşkilatının ən sıx əməkdaşlıq etdiyi dövlət qurumlarındandır, təşkilat bu qrumla bir çox layihələrə birgə imza atıb.
Daha sonra Fərhad Hacıyev çıxış edərək “ASAN Könüllüləri” təşkilatının “Yay məktəbi” təşəbbüsünü alqışladığını bildirib. Gənclər Fondunun fəaliyyətilə bağlı məlumat verən Fərhad Hacıyev qeyd edib ki, ASAN Könüllüləri içində çox istedalı gənclər var və Gənclər Fondu bu gənclərlə əməkdaşlıq etməyə hər zaman hazırdır.
Görüşdə gəncləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Layihə müddətində iştirakçılar 8 komandaya bölünərək müxtəlif mövzularla bağlı təkliflər paketi hazırlayıblar. Layihənin sonuncu günü bu təkliflərin təqdimatı olub. Verilən təkliflər münsiflər tərəfindən qiymətləndirilib. Seçilən ən yaxşı təkliflər gələcəkdə reallaşdırılmaq üçün “ASAN Könüllüləri” təşkilatının rəhbərinə təqdim olunacaq.
“Yay məktəbi” ərzində iştirakçılar Qax rayonunun tarixi mərkəzlərində də olub, Qaxın tarixi ilə bağlı maraqlı məlumatlar alıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info