Sentyabrın 1-dən metroda köhnə kartlara gediş haqqı yükləmək mümkün olmayacaq
Tarix: 31.08.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Sabahdan etibarən Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq.
Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, sentyabrın 1-dən etibarən Bakı Metropolitenində “MetroKart”a gediş haqlarının yüklənməsi mümkün olmayacaq: “Amma kartda gediş haqqı varsa, həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək olar. Amma “MetroKart”ın istifadəsi yalnız sentyabr ayının 30-dək qüvvədədir. Oktyabrın 1-dən etibarən isə “MetroKart”ın istifadəsi dayandırılacaq. Sərnişinlər yalnız yeni nağdsız ödəniş kartlarından istifadə etməklə metroda hərəkət edə bilərlər”.
Qeyd edək ki, 2015-ci il avqustun 8-dən etibarən “Bakı Metropoliteni” QSC gediş haqqının ödənilməsi üçün "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayıb. Həmin tarixdən etibarən həm metroda, həm də “BakuBus” avtobuslarında bu kartlardan istifadə etmək mümkündür.
"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını metronun bütün stansiyalarının vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların paytaxtdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.
“BakıKart”ın (Plastik kart) satış qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Terminallarda “Bakıkart”ın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.
“BakıKart Məhdud istifadə üçün” kartının satış qiyməti isə 20 qəpikdir. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gedişin məbləğini yükləmək mümkündür və 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansının artırılması mümkün deyildir. Bu kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edənlər üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.
Sərnişinlər “MetroKart” və “BakıKart»larla yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov”, “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart-Analiz” mərkəzlərinə, 4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info