XİN: “Sterliqovun həyat yoldaşının Şuşada “moda” təqdimatı təxribatçı addımdır”
Tarix: 31.08.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, barəsində cinayət işi açılmış və həbs-qəti imkan tədbiri seçilmiş German Sterliqovun həyat yoldaşı Alyona Sterliqova adlı şəxs tərəfindən Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “moda” təqdimatının keçirilməsi etnik və dini zəmində nifrət və təfriqəçiliyə xidmət edən növbəti təxribatçı addımdır". Bunu Alyona Sterliqov tərəfindən işğal olunmuş ərazilərdə moda kolleksiyasının təqdimatının keçirilməsi ilə əlaqədar mətbuata açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev deyib ki, əgər kimsə bu kimi uğursuz və cılız təxribatçı addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimi təşviq etmək məqsədi güdürsə, tamamilə yanılmışdır: "Din siyasətdən kənar tutulmalı olduğu halda, Ermənistan və onun tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejim və onların əlində vasitə olan Sterliqov ailəsi dini siyasiləşdirməkdən belə çəkinmir və ekstremizm və dini zəmində nifrətə çağıran bəyanatlarla çıxış edirlər".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info