Barak Obamaya yeni səlahiyyət verildi
Tarix: 05.02.2013 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


ABŞ rəhbərliyi sabiq prezident Corc Buş dövründə başladılan kiber hücum və bu hücumlardan müdafiə planları daxilində hazırki Prezident Barak Obamaya geniş səlahiyyət verib. “Palitranews” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vaşinqtonun yeni “kiber hücumdan müdafiə” siyasəti ordunun və kəşfiyyat xidmətlərinin ABŞ-ı hədəfə alan kompüter hücumlarına qarşı əvvəlcədən hərəkətə keçməsinə imkan yaradır. Lakin, kiber hücumların hədəfə alınan ölkələrdə ciddi təsirlərinin ola biləcəyi ehtimalına görə, bu hücumların yalnız ABŞ Prezidentinin əmri ilə həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələdə tək istisna, ordunun düşmən ölkəyə qarşı hava əməliyyatı keçirməsindən əvvəl həmin ölkənin hava müdafiə sisteminin kiber hücumla çökdürməsidir. Vaşinqtonda kiber hücumların ən azı nüvə silahları qədər mənfi təsirlərinin ola biləcəyini, bu səbəbdən də onun idarəsinin həm də baş komandan olan ABŞ Prezidenti tərəfindən həyata keçirilməsinin zəruriliyini müdafiə edirlər.
Lakin, bir sıra ekspertlər kiber hücumlarda, İraq müharibəsində qabaqlayıcı əməliyyatlar zamanı olduğu kimi, günahsızların da zərər çəkəcəyini əsas gətirərək bunu tənqid edirlər. Ekspertlərin fikrincə kiber hücumların 100 faiz hardan edildiyini müəyyən etmək olduqca çətindir ki, bu da bir sıra beynəlxalq mübahisələrə yol aça bilər.

Asif




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info