“Azərbaycan cəmiyyəti müsəlman və digər region ölkələri üçün nümunədir”
Tarix: 31.08.2015 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Nyu-York ştatında yerləşən, ABŞ yəhudi icmasının tanınmış və nüfuzlu mərkəzlərindən hesab olunan Həmpton Sinaqoqunda (Hampton Synagogue) Azərbaycanda mədəniyyətlərarası dialoq və regional dinamikaya həsr edilən tədbir keçirilib.
Həmpton Sinaqoqunun dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun da iştirak etdiyi tədbiri Birləşmiş Ştatlarda yəhudi icmasının tanınmış simalarından olan ravvin Mark Şnayer açıb. Etnik və dini məsələlərin araşdırılması sahəsində ABŞ-da nüfuzlu qurumlardan olan Etnik Anlaşma Fondunun rəhbəri olmaqla yanaşı, yəhudi-müsəlman anlaşmasını təşviq edən qabaqcıl simalardan biri kimi tanınan M.Şnayer nitqində Azərbaycanın tolerantlıq və barış ölkəsi olduğunu söyləyib. O, ölkəmizdə yəhudilərin və müsəlmanların sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını vurğulayıb. Bu yaxınlarda Azərbaycana səfər etdiyini və Prezident İlham Əliyev ilə görüşdüyünü xatırladan M.Şnayer dövlətimizin başçısı tərəfindən milli və etnik icmalara, o cümlədən əsrlərlə ölkəmizdə yaşamış yəhudi icmasına xüsusi diqqət və qayğının göstərildiyini bildirib. Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyən ravvin bunun təkcə iqtisadiyyat sahəsində deyil, cəmiyyətin bütün sahələrində hiss edildiyini vurğulayıb.
O, Azərbaycanın “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərini qısa zamanda tamamlayaraq, mötəbər idman tədbirini ən yüksək səviyyədə təşkil etdiyini bildirərək bu uğurun ölkəmizin iqtisadi gücünün və siyasi iradəsinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Sonra yəhudi icmasının tanınmış nümayəndələrindən olan Hank Şeynkof tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, Azərbaycanın regionda özünəməxsus ölkə olduğunu vurğulayıb.
Səfir Elin Süleymanov tədbirdə çıxış edərək Azərbaycanın müsəlman ölkəsi olaraq bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşdığını və bu baxımdan yəhudi xalqı ilə münasibətlərin yüksək səviyyədə olmasını bir nümunə kimi dəyərləndirib. O, bunun Azərbaycan xalqının ənənəsinə söykəndiyini və eyni zamanda, ölkə rəhbərliyinin tolerantlığa, xalqlar və mədəniyyətlərarası dialoqa sadiqliyinin nəticəsi olduğunu vurğulayıb. Məhz dövlətimizin yürütdüyü siyasətin nəticəsidir ki, ölkəmizdə yaşayan yəhudi və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, respublikamızın qüdrətinin artmasında və sürətli inkişafında bu gün də fəal iştirak edir.
Regionda baş qaldıran radikal meyillərin qlobal təhdidə çevrildiyi bir zamanda Azərbaycan kimi müsəlman, tolerant və inkişaf etmiş dövlətin ekstremizmə və radikalizmə ən uğurlu cavab olduğunu qeyd edən diplomat özündə mütərəqqi dəyərləri və adət-ənənələri ehtiva edən Azərbaycan cəmiyyətinin müsəlman və digər region ölkələri üçün nümunə olduğunu söyləyib. Bütün bunlara baxmayaraq, Azərbaycana qarşı vaxtaşırı əsassız ittihamlar səsləndirildiyini də deyən diplomat belə ölkələrə misal olaraq ABŞ-ı göstərib. O, dünyada baş verən hadisələr fonunda ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının öz hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinin heç bir məntiqə sığmadığını vurğulayıb.
Tədbirdə Azərbaycanın tolerantlıq ənənələrinin dərin tarixi köklərə malik olduğu qeyd edilib, ölkəmizdə qadınlara, hətta ABŞ və Avropanın bir çox aparıcı dövlətlərindən də əvvəl seçki hüququ verildiyini bildirib. Səfir hazırda qadınların cəmiyyətin həyatının bütün sahələrində mühüm rol oynadıqlarını qeyd edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə çoxmədəniyyətlilik və tolerantlıq ənənələrinin geniş təşviq edildiyini söyləyib. Qeyd edilib ki, Azərbaycan yalnız bəyanatlarla kifayətlənmir. Cəmiyyətin gündəlik həyatının bütün sahələrində tolerant və bərabərhüquqlu yanaşma mövcuddur.
Səfir regionunun sosial-iqtisadi durumu barədə sualları cavablandırarkən ölkəmizin çoxşaxəli və dayanıqlı iqtisadiyyata malik olduğunu söyləyərək regionun ümumi inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalının hələ də davam etməsini təəssüflə diqqətə çatdırıb. Keçmiş sovet məkanında cərəyan edən hadisələrlə bağlı suala cavab verərkən diplomat ABŞ-ı regionda mövcud olan separatizm faktlarına birmənalı yanaşmasının vacibliyini vurğulayıb. Bildirib ki, əks halda ikili standartlar nəinki münaqişələrin sülh yolu ilə həllinə yardım etməyəcək, hətta ABŞ-ın regiondakı maraqlarına ciddi təsir göstərəcək.
Həmpton Sinaqoqu ABŞ-ın yəhudi icmasının aparıcı mərkəzlərindən olmaqla yanaşı, yüksək səviyyəli dövlət nümayəndələrinin də tez-tez ziyarət etdiyi məkanlardan biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info