Masallıda tələbə adını qazanmış məzunlarla görüş olub
Tarix: 31.08.2015 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Avqustun 31-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 1770 məzundan 321 nəfərinin ali məktəblərə qəbul olunduğunu vurğulayan R.Hüseynov onlardan 21 nəfərinin 600, 64 nəfərinin 500-dən yuxarı, 3 məzunun isə 690 bal topladığını diqqətə çatdırıb.
Qeyd olunub ki, ali məktəblərə qəbul imtahanları zamanı Masallı şəhər 1 nömrəli tam orta məktəbini bitirən 49 məzundan 3 nəfəri 600, 8 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Ali məktəblərə daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Astan İbişov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
Toplantıda çıxış edən tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını biliriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara fəxri fərmanlar və pul mükafatları verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub
21.02.2019
Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info