Qax rayonunun Qıpçaq kəndinə təbii qaz verilib
Tarix: 31.08.2015 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Qax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Qıpçaq kəndinin qazlaşdırılması işi başa çatdırılıb və avqustun 31-də əhaliyə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Rayon rəhbərliyinin, “Azəriqaz” İB təmsilçilərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, 234 abonenti olan Qıpçaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 min 719 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərdə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.
Diqqətə çatdırılıb ki, hazırda rayonun 14 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Yaxın vaxtlarda İngiloy-Kötüklü, Qaratala və Uzuntala kəndlərinə, ilin sonunadək isə İlisu kəndinə də təbii qazın verilməsi təmin olunacaq.
Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qazın verilməsinə başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info