“Erməni işçi miqrantlar ölkədə qalmaq məcburiyyətindədir”
Tarix: 01.09.2015 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Erməni ekspert: “Dram yenə də devalvasiyaya uğrayacaq. Bu, ilk növbədə, bizim iqtisadiyyatın zəif olması, ixracın azalması, kapital axınının artması ilə bağlıdır. Əgər, devalvasiya yavaş templə baş verərsə, bu, ölkə iqtisadiyyatı üçün şok effekt yaratmayacaq”

“Rusiyada iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Ermənistandan olan işçi miqrantlar ölkələrində qalmaq məcburiyytindədirlər”.
Bu barədə jurnalistlərə açıqlamasında erməni iqtisadçı Aşot Yegizaryan son zamalar Rusiyada miqrantların gəlirlərinin azalması ilə bağlı məsələyə münasibət bildirərəkən deyib. İqtisadçı qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması çox səhv addım olub. Rusiya Federasiyası Dövlət Statistika Komitəsinin məlumatına görə, tikinti sahəsində aktivlik qorunub. Qeyd edlir ki, miqrantlar əsasən bu sektorda çalışır. Qeyd edilir ki, 2015-ci ilin I yarısında bu sahədəki fəallıq ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% artıb. Erməni miqrantların çalışdığı sektorda iş davam etsə də, rublun dəyərdən düşməsi gəlirlərə ciddi təsir edib. Bunun nəticəsidir ki, Ermənistana göndərilən pul köçürmələrinin miqdarı 25 faizə qədər azaldıb. Bu mələsə ilə əlaqədar “Birinci informasiya” saytına açıqlama verən “Arrow Global Ltd” investisiya şirkətinin direktoru Samson Avetyan iddia edir ki, hazırda dünya iqtisadiyyatında yaşanan qeyri-sabitliyi proqnozlaşdırmaq və onun yaxın müddətdə başa çatacağı barədə söz demək asan məsələ deyil: “Mən yaxın dövrlər üçün də dramın neçə dəfə devalvasiya olacağı barədə dəqiq proqnoz verə bilmərəm. Lakin baş verənlər deməyə əsas verir ki, dram yenə də devalvasiyaya uğrayacaq. Bu, ilk növbədə, bizim iqtisadiyyatın zəif olması, ixracın azalması, kapital axınının artması ilə bağlıdır. Əgər, devalvasiya yavaş templə baş verərsə, bu, ölkə iqtisadiyyatı üçün şok effekt yaratmayacaq”. Şirkət direktoru dramın kursunun süni olaraq saxlanılması ilə bağlı bildirib ki, burada bir çox faktorlar mövcuddur: “Bu ilk növbədə, ixracın azalması ilə əlaqədardır. İkinci faktor ölkəyə pul köçürülmələrinin azalmasıdır. Baxmayaraq ki, son dövrlərdə Razdan istilik stansiyası satılıb, İdman və Konsert Kompleksi satılmaq üzrədir. Bu satışlar nəticəsində əldə edilən vəsaitlə dramın kursunu ancaq müəyyən müddət üçün sabit saxlamaq olar”. Ekspert deyib ki, Rusiyada rublun devalvasiyası Ermənistan iqtisadiyyatı üçün də problemlər yaradır. O, bildirir ki, belə olan halda “biz ticarət tərəfdaşları ilə müqayisədə öz rəqabət qabiliyyətimizi itirmiş oluruq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info