“Petlim” limanının rəsmən istifadəyə veriləcəyi vaxt məlum olub
Tarix: 01.09.2015 | Saat: 01:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim Holding” tərəfindən qurulan “Petlim Limancilik Ticaret A.S.” şirkəti 2016-cı ilin yanvar ayından etibarən “Petlim” limanında iri konteyner gəmilərini qəbul edə biləcək.
Bu barədə Azərbaycan jurnalistlərinə İzmirə səfəri zamanı “Petlim Limancilik Ticaret A.S.” şirkətinin rəsmiləri bildiriblər. Məlumata görə, bu liman böyüklüyünə görə Türkiyənin üçüncü, Ege dənizinin isə birinci iri limanı olacaq. Belə ki, limanın rəsmi açılışı Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə 2016-cı ilin yanvarında baş tutacaq: “Bu liman 11 min konteyner həcmində yükü daşımaq imkanına malik gəmiləri qəbul etmək imkanındadır. Həmçinin, liman eyni anda 3 gəmini qəbul edə bilər”. Qeyd edək ki, 46 hektar logistik ərazidə yerləşən limanın başlanğıc tutumu 1,5 mln. TEU olacaq. Gələcəkdə bu tutumu 4 mln. TEU-ya qədər artırmaq mümkün olacaq. Limanın sahil boyu uzunluğu 700 metr, dərinliyi isə 16 metr təşkil edir. Xatırladaq ki, limanın tikintisinə ümumilikdə 400 mln. dollar vəsait yatırılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info