Güləşçilərimiz Dünya Çempionatının son günündə 2 medal qazanıb
Tarix: 01.09.2015 | Saat: 02:04:00 | E-mail | Çapa göndər


Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin Dünya Çempionatı başa çatıb.
Çempionatın son günlərində sərbəst güləşçilər yarışıb. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil ediblər. Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev) və 2 bürünc (Şahin Muxtarov, Fazil Həsənov) medal qazanıblar. Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurublar. Yarışda 63 kiloqram çəkidə mübarizə aparan Orxan Abbasov Qırğızıstan, Meksika və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz yaponiyalı rəqibinə 6:2 hesabı ilə qalib gəlib və Dünya Çempionatını fəxri kürsünün üçüncü pilləsində başa vurub. Çempionatda 76 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz Əhliman Quliyev Misir və Macarıstandan olan rəqiblərinə qalib gəlib. Ancaq dörddə bir finalda Rusiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici qarşılaşmaya qatılan güləşçimiz Cənubi Afrika Respublikası idmançısını asanlıqla məğlub edib. Həlledici görüşdə Ə.Quliyev İran təmsilçisinə də tam üstünlüklə (10:0) qalib gəlib və dünya çempionatının bürünc medalına sahib olub. Xatırladaq ki, Dünya Çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov, Xancavad Məcidzadə və Ülvi Qənizadə) medalla başa vurub. Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlardan ibarət komandamız isə 1 qızıl (Leyla Qurbanova), 2 bürünc (Zelfira Ələkbərli və Şəbnəm Əhmədova) medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info