Şirvanda “Yay kinoteatrı”-nın açılışı olub
Tarix: 01.09.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Şirvanda “Yay kinoteatrı”-nın əsaslı təmir və bərpasından sonra açılışı olub.
Şirvanda SSRİ dövründə fəaliyyətdə olan, sonradan baxımsızlıqdan sıradan çıxaraq fəaliyyətini dayandıran “Yay kinoteatrı” əsaslı təmir və bərpadan sonra tamaşaçıların istifadəsinə verilib.
1450 kvadratmetr sahəsi olan Yay kinoteatrı yenidən qurulub. 330 ədəd tamaşaçı tutumu olan kinoteatrın səhnəsi yeni tərtibatda qurulub. İşıqlandırma sistemi və səhnəyə yeni müasir avadanlıqlar quraşdırılıb. Kinoteatrın ümumi görkəmi dəyişdirilib, ətrafında yaşıllaşdırma və abadlıq işləri görülüb.
Açılış mərasimindən sonra Şirvan şəhərinin orta məktəblərindən 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan məzunlara qiymətli hədiyyələr verilib. Sonda Yay kinoteatrında respublikanın tanınmış incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edib. Açılış mərasimində Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və Millət vəkili Azay Quliyev iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info