Azərbaycan nümayəndə heyəti ABŞ-da keçirilən beynəlxalq konfransda iştirak edir
Tarix: 01.09.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda BMT-nin mənzil qərargahında Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı öz işinə başlayıb.
Builki tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament meyarının artması, qanunverici orqanların işində gender bərabərliyinin təşviqi, yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində parlamentin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.Azərbaycanı bu konfransda Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edir.Tədbirin açılışında çıxış edən BMT-nin baş katibi Pan Gi Mun BMT-nin sülhyaratma fəaliyyəti, müasir dövrün çağırışları və vəzifələri barədə danışaraq parlament üzvlərini hər bir insan üçün təhlükəsiz gələcəyin, bərabərhüquqlu cəmiyyətin yaradılması naminə daha böyük əzmlə çalışmağa çağırdı. Davamlı inkişafı təmin edən proqramdan danışan Beynəlxalq Parlamentlər Birliyinin (Inter-Parliamentary Union) prezidenti Saber Çoudhuri isə qeyd etdi ki, 2030-cu ilə qədər yoxsulluğun səviyyəsini olduqca azaltmaq nəzərdə tutulub.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşdü. Görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı. Y.Hamaçek cari ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini qeyd etdi və ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirdi. Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən O.Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu qeyd etdi. Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğuladı.
Qeyd edək ki, Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info