Avstriyada miqrant böhranı
Tarix: 01.09.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Avstriyanın Burqenland əyalətində baş vermiş qaçqın faciəsindən sonra polis ölkə sərhədlərində qanunsuz miqrasiya və qaçqınların qeyri-insani şəraitdə daşınmasının qarşısını almaq məqsədilə reydlərə başlayıb. Avstriya-Macarıstan sərhədi boyunca və avtomagistrallarda aparılan reydlər zamanı 200-dən artıq qanunsuz miqrant və onların Avstriyaya keçməsini təmin edən 5 şəxs aşkarlanıb.
Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Laytnerin sözlərinə görə, bazar günündən başlayan reydlər qeyri-müəyyən müddətə kimi davam etdiriləcək. Reydlərdə ümumilikdə 1300-dən artıq polis əməkdaşı iştirak edir. Reydlər nəticəsində Budapeşt şəhəri ilə Vyana şəhərini birləşdirən avtomagistral üzərində yerləşən Heqeşhalom (Nikelsdorf) sərhəd-keçid məntəqəsində 30 kilometrədək tıxac yaranıb.
Qanunsuz miqrantlarla bağlı digər problem isə dəmiryol nəqliyyatında müşahidə olunub. İçərisində 400-dən artıq qanunsuz miqrantın olduğu qatar polis tərəfindən Avstriya-Macarıstan sərhədində saxlanılıb.
Yaranmış qaçqın probleminin öhdəsindən gəlmək üçün Avstriya hökuməti Avropa Komissiyasına 5,4 milyon avro məbləğində yardım ayrılması üçün müraciət edib. Yaxın günlərdə komissiyanın Fransa, Avstriya, Macarıstan və Yunanıstana maliyyə vəsaiti ayıracağı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info