Naxçıvanda məktəbli yarmarkası açılıb
Tarix: 01.09.2015 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası açılıb.AZƏRTAC
23 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları, bədii ədəbiyyat və başqa ləvazimatlar alıcılara digər satış yerlərinə nisbətən 20-25 faiz aşağı qiymətə təklif olunur.
Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata böyük alıcı marağı var. Satılan bütün məhsulların keyfiyyətinə və qiymətinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mütəmadi nəzarət olunur.
Satış yerlərinin hər birində məhsulların zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Həmsöhbət olduğumuz valideynlər Səyyarə Novruzova və Ülviyyə Əliyeva dedilər ki, dükan və bazarlardakı qiymətlərlə yarmarkadakı qiymətləri müqayisə edib və arada xeyli fərq olduğunu görüblər. Bu da imkan verir ki, daha az vəsaitlə ləvazimatların hamısını və ən keyfiyyətlilərini alsınlar. Valideynlər belə yarmarkaların təşkilinə görə minnətdarlıqlarını bildirirlər.
Hər gün saat 9:00-dan 14:00-dək əhaliyə xidmət göstərən yarmarka sentyabrın 15-dək davam edəcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info