Respondentlərin 93,3 faizi ƏƏSMN-nin elektron xidmətlərindən istifadə etdiyini bildirib
Tarix: 01.09.2015 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğunun nəticələri əhalinin nazirliyin elektron xidmətlərindən istifadəyə böyük maraq göstərdiyini təsdiq edir. Belə ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi elektron xidmətlərdən istifadə edirsinizmi?” sualını cavablandıran 2975 nəfərdən 2777 nəfəri, yəni 93,3 faizi bu sualı müsbət cavablandırıb.
Son illərdə ölkəmizdə əmək və sosial müdafiə sistemlərinin avtomatlaşdırılması yönündə aparılan məqsədyönlü işlər bu sahələr üzrə əhaliyə yeni e-xidmətlərin yaradılaraq əhalinin istifadəsinə verilməsi ilə müşahidə olunub. Hazırda bu e-xidmətlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış” e-xidmətləri vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadır. Ümumilikdə, təkcə cari ilin yanvar-iyul aylarında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə istifadə olunub ki, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizi deməkdir.
Hazırda nazirliyin fəaliyyət sahələrindən biri olan ünvanlı dövlət sosial yardımı sistemi də elektron əsaslar üzərində qurulmaqdadır. Həmin sistemin tam avtomatlaşdırılması ünvanlı dövlət sosial yardımının alınması üçün elektron şəkildə müraciət edilməsinə imkan verən yeni e-xidmətin istifadəyə verilməsinə səbəb olacaq. Bununla yanaşı, dövlət məşğulluq xidmətləri üzrə e-xidmətlərin artırılması sahəsində də işlər aparılır.
Xatırladaq ki, 142-“Çağrı mərkəzi”nə zəng edərək, 5 düyməsini basmaqla nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı ətraflı izahat almaq olar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info