Qəbələdə sərhədlərin mühafizəsi ilə bağlı təlimlər başlayıb
Tarix: 01.09.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-də Qəbələ şəhərində “Sərhəd strukturlarında idarəçilik və rəhbərlik bacarıqlarının artırılması” mövzusunda təlimlərə start verilib.
Avropa İttifaqının, BMT İnkişaf Proqramı və Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdiyi “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsinin 3-cü komponenti çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi sərhəd idarəçiliyini həyata keçirən qurumlarda idarəçilik modellərinin beynəlxalq təcrübələrə əsaslanaraq təkmilləşdirilməsidir.
Layihə üzrə tərəf müqabili olan ICMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) Avstriyadan olan beynəlxalq ekspertləri tərəfindən keçirilən ikitərəfli təlimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstanın Sərhəd və Patrul Polisi nümayəndələri, BMT İP-nin Azərbaycan və Gürcüstan ofislərinin səlahiyyətli nümayəndələri çıxış ediblər. Məlumat verilib ki, sərhəd idarəçiliyi orqanlarının əməkdaşları idarəetmə və rəhbərlik vəzifələrinə dair nəzəri biliklərini artırmaqla, bu sahədə motivasiya, birgə fəaliyyət və struktur quruculuğu, idarəçilik üslubu, təşkilati inkişaf və idarəetmədə yarana biləcək çətinliklərin aradan qaldırılması üzrə məlumat mübadiləsini daha da gücləndiriblər. Eyni zamanda, iştirakçılar bu sahədə ikitərəfli əməkdaşlığa dair beynəlxalq təcrübəni müzakirə edərək onun səmərəliliyi və icra mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Bildirilib ki, layihə çərçivəsində iki ölkə arasında mövcud quru sərhədinin mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş əməliyyatların keçirilməsi imkanlarının mümkünlüyünün öyrənilməsi və tətbiqi, Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Patrul Polisi arasında əməkdaşlığın gücləndirilməsi, quru sərhəd mühafizə və nəzarət prosedurlarının təkmilləşdirilməsi, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramlarının hazırlanması, müasir infrastrukturun yaradılması və yüksək texnologiyalı avadanlıqlarla təchiz olunması kimi məsələlərin həlli nəzərdə tutulur.
Təlimlər sentyabrın 3-dək davam edəcək.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin BMT İP və Avropa İttifaqı ilə birgə həyata keçirdiyi “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı layihənin əsas məqsədi regionda ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə, Azərbaycan və Gürcüstan arasında quru sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün hər iki ölkənin sərhəd orqanlarının fəaliyyət potensialını daha da inkişaf etdirməkdən ibarətdir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info