Azay Quliyev Şirvanda tələbə adını qazanmış məzunları təbrik edib
Tarix: 01.09.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Millət vəkili Azay Quliyev Şirvanda bu il ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlara həsr olunan tədbirdə onları təbrik edib. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun təşəbbüsü ilə keçirilən məzun törənində millət vəkili qeyd edib ki, Şirvan şəhərindən 36 məzunun 500-dən və 34 məzunun isə 600-dən çox bal toplayaraq Respublikanın aparıcı universitetlərinə qəbul olunması çox sevindirici haldır və bu uğurlar cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir.
A.Quliyev həmçinin başda məzunlar olmaqla əldə edilmiş uğurlarda payı olan hər kəsi- müəllimləri, məktəb direktorlarını, valideynləri təbrik edib və onlara belə yüksək nəticələr göstərdiklərinə görə təşəkkür edib. O, 600-dən çox bal toplamış 34 məzuna hədiyyələr verib və onlara universitet illərində müvəffəqiyyətlər arzulayıb.
Həmçinin millət vəkili 2014-2015-ci təhsil ilində əldə etdikləri nailiyyətlərə görə 16 nömrəli məktəbin direktoru Çingiz Şirəliyevə və 18 saylı məktəbin direktoru İsmayıl Yusubova təşəkkürnamə və hədiyyələr təqdim edib.
Sonra Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov 500-dən çox bal toplamış 36 məzuna hədiyyələr təqdim edib və onları təbrik edib.
Tədbir tanınmış müğənnilərin iştirak etdiyi konsert proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info