Aqrar Universitetində işə yeni qəbul olunmuş müəllimlərlə görüş keçirilib
Tarix: 01.09.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetində müəllim vəzifəsinə qəbul olunmuş gənclərlə görüş keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov gəncləri şərəfli ad olan müəllim vəzifəsinə qəbul olunmaları münasibətilə ürəkdən təbrik edərək qeyd etdi ki, universitetdə müasir dünyagörüşlü, yüksək intellektə malik gənclərin elmi-pedaqoji fəaliyyətə cəlb olunması həyata keçirilən tədbirlərin ana xəttini təşkil edir. Bu məqsədlə 2015/2016-cı tədris ilində universitetə müəllimlərin işə qəbulun obyektiv və şəffaf formada həyata keçirilməsi, daha layiqli namizədlərin seçilməsi məqsədilə müsabiqə komissiyası yaradılıb. Komissiya seçim prosesində müəllimlərin müvafiq sahə üzrə bilik və bacarıqları ilə yanaşı, xarici dillərdən ən azı birini sərbəst bilmək və kompyuter bacarıqları meyarlarını əsas tutub. Müsabiqənin nəticələrinə əsasən bu il müəllim vəzifəsinə qəbul olunanlar son illərdə magistratura səviyyəsini bitirmiş, doktoranturada təhsil alan, habelə fəlsəfə doktorlarından ibarətdir. İşə qəbul olunmuş müəllimlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirməklə göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info