Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu
Tarix: 01.09.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəyə start verir.
Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov layihə barəsində ətraflı məlumat verib.
Ç.Bayramov bildirib ki, layihənin məqsədi gənclərə ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada asaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat vermək, azərbaycançılığın təbliği üçün milli va dini maarifçilik, mədaniyyətlərarası dialoq, milli və dini tolerantlıq sahələrində iştirakda gənclərin fəallığının artırılmasıdır.
O bildirib ki, layihənin məqsədi gənclər arasında milli-mənəvi əhəmiyyətli problemlərin həllinə yaxından kömək göstərməkdən ibarətdir: “Onların qarşılaşdığı zərərli xarici ideologiyalara qarşı maarifləndirmək layihənin asas məqsədlərindən biridir”.
Ç.Bayramovun sözlərinə görə, layihə Azərbaycanın 5 bölgəsində Zaqatala, Qax, Astara, Şamaxı va Bakı şəhəri Yasamal rayonlarında gənclər arasında keçiriləcəkdir.
Tədbirdə çıxış edən TUMİB İdarə Heyətinin üzvü Cabir Dövlətzadə də layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu sahədə xarici təcrübələri və Azərbaycan tarixindəki keçmiş təcrübələri gənclərin öyrənməsinə nail olmaqdır.
Onun sözlərinə görə, Azarbaycanın tarix boyu fəaliyyat göstərmiş mütərəqqi ziyalılarının, ictimai-siyasi xadimlərinin həyat va fəaliyyətinin, əsərlərinin təbliği də bu sahədə məqsəddir:
“Layihə eyni zamanda milli, dini tolerantlıq, maarifçilik, multikulturalizm mövzuları baxımından fəal gənclərin üzə çıxardılması, ictimai problemlərin həllində aktiv iştirakını gücləndirməyə, onların ümumən cəmiyyət həyatına inteqrasiyasi prosesini sürətləndirməyə yönəlib”.
Tədbirdə iştirak edən TUMİB üzvləri, digər gənclər təşkilatlarının nümayəndələri də çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info