Paskal Mönye: “Azərbaycan sürətlə inkişaf edən ölkədir”
Tarix: 01.09.2015 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Fransa arasında münasibətlər çox yaxşıdır. İki ölkə prezidentləri son 3 ildə 6 dəfə görüşüblər”.
Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, təhsil sahəsində əməkdaşlıq ölkələr arasında əlaqələrin prioritet istiqamətlərindən biridir. Səfir Azərbaycanın sürətlə inkişaf edən bir ölkə olduğunu bildirib: “Fransa təhsil sahəsini informasiya texnologiyaları ilə təmin edən ölkədir. Biz istəyir ki, münasibətlərimizi əməkdaşlıqla birləşdirək”.
Səfir Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbon Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə Qubada təşkil olunan “Məktəb idarəetməsi” mövzusunda təlim kurslarının əhəmiyyətindən danışıb.
O, azərbaycanlı gənclərin Fransada təhsil almaq imkanlarını qiymətləndirib. Paskal Mönye Fransada təhsilin pulsuz olduğunu və bunun azərbaycanlı tələblərə bu ölkədə təhsil almaq üçün yaxşı şans olduğunu bildirib.
Qeyd edək ki, Quba təşkil olunan kursların əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir. Təlim Sorbon Universitetinin xüsusi dəvət olunmuş professoru Florent Pratlong tərəfindən keçiriləcək. Əlavə olaraq, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarə olunması, təqdimat bacarıqlarının inkişafı və s. mövzularda interaktiv sessiyalar təşkil olunacaq.
İştirakçıların asudə vaxtını səmərəli təşkil etmək üçün yaradıcı ev tapşırıqları veriləcək, intellektual oyunlar və kino axşamları təşkil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info