“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin nəticələri elan edildi
Tarix: 01.09.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted”
Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edib. “Bayıl Arena” stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün 26 avqust, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə 29 avqust tarixində keçirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən və “Mançester Yunayted” Futbol Məktəbinə qəbul olunan uşaqlar bunlardır-Raul Məmmədov, Əli Abbasov, Riad Qəhrəmanov, Murad Rüstəmov, Nəbi Hacıyev, Cozef Hickman, Hacıəli Şirəliyev, Nihad Əhmədzadə, Liam Erik Brown, Əli Əhmədov, İsa Hüseynov, Murad Məmmədov, Nihad Şahhüseynli.
Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.Qeyd edək ki, seçimlər “Mançester Yunayted” Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Paris Sen-Jermen” klubu ikinci turda məğlub olub
19.08.2019
“Çelsi” ardıcıl iki oyunda qələbə qazana bilməyib
19.08.2019
Fərid Çexiya liqasındakı oyunda fərqlənib
18.08.2019
Azərbaycan Premyer Liqası: “Səbail” “Zirə”ni məğlub edib
18.08.2019
"Barselona" Neymar üçün son təklifini edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info