Allahşükür Paşazadə: “Şeyx Həmədani səfəri ilə cığır açdı”
Tarix: 01.09.2015 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda səfərdə olan İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin iştirakı ilə dindarlarla görüş keçirilib.
QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, indiyə qədər Azərbaycana ayətullah-uzma gəlməyib: “Sovet dövründə mən onları oğrun-oğrun öyrənərdim, dinləyərdim. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullah-uzma gəlib. Bu bir yol oldu, cığır oldu. Onu Şeyx Həmədani açdı. Arzu edirəm ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gələcəklər”.
Şeyxülislam deyib ki, Həmədani İranda şahın hakimiyyətdən getməsində xidməti olan şəxslərdən biridir: “Şeyx Həmədani vətənindən dəfələrlə uzaqlaşdırılıb, amma əqidəsindən əl çəkməyib. O, birinci müctəhiddir ki, Azərbaycanda Qarabağ şəhidlərinin ruhuna və Qarabağ torpaqlarının azad olunması üçün dualar edib".
Ayətullah Həmədani isə bildirib ki, Azərbaycana səfərində məqsəd müsəlmanların vəhdətini möhkəmləndirməkdir. Azərbaycana gəlişini özü üçün Allahın böyük lütfü hesab edən ayətullah deyib ki, ruhaniyyəti, dini öyrənənlər əsas məsələləri diqqətdə saxlayıb təhsillərində lazımi uğur əldə etməlidirlər.
Daha sonra ayətullah dindarlara moizə oxuyub.
Sonda qonaq tərəfindən hədiyyələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info