Astarada ağır atletika üzrə IX Dünya Kuboku yarışları başa çatıb
Tarix: 02.09.2015 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Astara Olimpiya İdman Kompleksində keçirilən “Zirvə” beynəlxalq idman klubunun ağır atletika üzrə IX Dünya Kuboku yarışları
başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasının, “Zirvə” klubunun və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Bolqarıstan, Moldova, Belarus, Ukrayna, Polşa və ABŞ-dan 100-dək idmançı qələbə uğrunda mübarizə aparıb. Dünya kuboku yarışlarında ölkəmizi Bakı, Lənkəran, İsmayıllı, Lerik, Masazır, Neftçala, Samux, Şamaxı, Sumqayıt, Xırdalan, Qazax, Goranboy, Qobustan və Yevlax “Zirvə” idman klublarının ağır atletləri təmsil ediblər. Yarışlarda kişilər 4, qadınlar isə 3 yaş qrupunda mübarizə aparıblar. Dünya Kubokunun sonuncu günü azərbaycanlı atletlər üçün uğurlu olub. Körpücük üzərinə 18 yaşadək oğlanlar çıxıblar. “Qobustan-Zirvə” idman klubunun üzvü Dadaş Dadaşbəyli ən yüksək nəticə ilə fəxri kürsünün birinci pilləsinə yüksəlib. O, birdən qaldırmada 185, təkanla qaldırmada isə 212 kiloqramın öhdəsindən gəlib. O, aktivinə toplam 397 kiloqramlıq nəticə və 442,4 Sinkleyr xalı toplayıb. İkinci yerdə “Xırdalan-Zirvə”dən Valentin Xristov qərarlaşıb. İdmançı toplam 315 kiloqramlıq (140+175) nəticə və 441,7 xal əldə edib. Bürünc medala isə 330 kiloqramlıq (140+190) nəticə və 434.9 xalla “Goranboy-Zirvə”ni təmsil edən Firudin Quliyev sahib olub. Xala-xal prinsipi ilə keçən mübarizədən gürcüstanlı Georgi Çxeidze də qalib çıxıb. “Tiflis-Zirvə”nin atleti 365 kiloqramlıq (165+200) nəticə və 392.2 xalla qızıl medal qazanıb. Gümüş medal “Şamaxı-Zirvə”nin nümayəndəsi Elşad Şərifova qismət olub. O, 299 kiloqramlıq (131+168) nəticə ilə 386.2 xal toplayıb. Yeniyetmələr arasında Avropa və dünya çempionu İqor Obuxov isə 304 kiloqramlıq (134+170) nəticə və 369.2 xalla bürünc medala layiq görülüb. Dünya kuboku yarışlarının sonunda veteran idmançılar qüvvələrini sınayıblar. Yarışda 1948-ci il təvəllüdlü Vladimir Jilyayev toplam 201 kiloqramlıq (91+110) nəticə göstərib. “Xırdalan-Zirvə”nin atleti Manone-Meltzer cədvəli üzrə 405.16 xalla qızıl medala sahib olub. Gümüş medalı toplam 296 kiloqramlıq (146+150) nəticə və 371.07 xalla “Sumqayıt-Zirvə”nin nümayəndəsi Emin Əliyev qazanıb. Bürünc medalı isə “Samux-Zirvə”dən Zəfər Tağıyev aktivinə yazdırıb. O, toplam 245 kiloqramlıq (105+140) nəticə ilə 370.67 xal toplayıb. Yarışların bağlanış mərasimi Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksində keçirilib. Fəxri kürsüyə qalxan idmançılara və onların məşqçilərinə pul mükafatları, diplomlar, medallar, kuboklar və mənzil sertifikatları təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info