Sədərək kəndində uşaq musiqi məktəbi üçün yeni bina tikilir
Tarix: 02.09.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının düşmənlə sərhəddə yerləşən Sədərək rayonun Sədərək kəndində uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur. Tikinti işləri Sədərək Rayon Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinin kollektivinə həvalə edilib. İnşaat işlərinə bu ilin aprel ayından başlanılıb. İnşaatçılara yaradılan şərait hesabına ötən müddət ərzində tikinti işlərinin böyük qismi başa çatdırılıb. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın həyətində yaxın vaxtlarda abadlıq işlərinə başlanacaq, ərazidə müasir işıqlandırma sistemləri quraşdırılacaq, yaşıllıqlar salınacaq. İnşaatçılar binanın nəzərdə tutulduğu vaxtda təhvil verilməsi üçün səy və bacarıqlarını əsirgəmirlər.Mədəniyyətimizin gələcək daşıyıcıları olan uşaqlara hərtərəfli musiqi təhsili verilməsi üçün hər cür şərait yaradılacaq, binada 34 sinif otağı, orkestr zalı, musiqi nəzəriyyəsi və ədəbiyyatı kabinələri, kitabxana, iclas zalı və digər otaqlar müəllim və şagirdlərin ixtiyarına veriləcək.Son illər muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən uşaq musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Bu tədbirlər uşaq və yeniyetmələrin musiqi istedadının üzə çıxarılmasına və inkişaf etdirilməsinə xidmət edir.Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində uşaqlara musiqi təhsili verən ünvanların sayı artır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Qusarda 46 km-lik avtomobil yolu yenidən qurulur
19.08.2019
Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş yarışda Masallı güləşçisi gümüş medal qazanıb
19.08.2019
Masallı rayonunun Türkoba ərazisində səyyar görüş-qəbulu
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info