Danimarkada müsəlman qəbiristanlığı dağıdıldı
Tarix: 02.09.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Danimarkanın Odense şəhərindəki Korslökke qəbiristanlığının müsəlmanlara aid hissəsinə hücum təşkil olunub, 50 qəbir dağıdılıb. Anadolu Agentliyinin məlumatına görə, polis açıqlamasında kimliyi məlum olmayan şəxs və ya şəxslərin Korslökke qəbiristanlığına hücum etdiyini, müsəlmanlara aid qəbir daşlarını qıraraq sağa-sola atdığını bildirib. Polisin açıqlamasından sonra qəbiristanlıqda yaxınları dəfn olunan müsəlmanlar məzarlığa axın ediblər.
DR telekanalına müsahibə verən bosniyalı Mirna Ugljen deyib: “Atam 17 ildir burada dəfn olunub. Bu gün onu ziyarətə gələndə böyük şok keçirtdik. Onlar ölüdür, bir kimsəyə zərərləri yoxdur. Ölülərin rahat yatması lazımdır. Onları rahat buraxın”.
Ədliyyə naziri Sören Pind də öz “Twitter” səhifəsində “Bunu dayandırın. Danimarka olaraq belə bir yolla getmək istəmirik" ifadəsini yazıb.
Hazırda cinayətkarların tapılması istiqamətində araşdırmalara başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info