Asiyanın siyasətçi qadınları Bakıda bir araya gəldi
Tarix: 02.09.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Sentyabrın 2-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclası öz işinə başlayıb. İclası İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıb. O bildirib ki, tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarını bir araya gətirərək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında əməkdaşlığın qurulmasıdır. Toplantının açılış mərasimində, həmçinin İCAPP Qadınlar Qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, Nepal Ticarət və əmtəə naziri Sunil Bahadur Thapa, Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, CAPP Baş katibliyi komitəsinin üzvü Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, COPPPAL-ın nümayəndəsi Vania Roksana Avila Qarsia çıxış edərək İCAPP-ın Qadınlar Qolunun fəaliyyətinin əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıblar.
Daha sonra tədbir plenar sessiyalarda işini davam etdirib. Sessiyalarda qadınlar arasında yoxsulluğun aradan qaldırılması, qadınların sağlamlığı və təhsili, siyasi iştiraklılığı üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Yekun iclasda “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi” qəbul ediləcək.
İclasda Türkiyə, Çin, Rusiya, Pakistan, İran, İraq, Hindistan, Yaponiya, Koreya Respublikası, Qırğızıstan, Laos, Liviya, Monqolustan, Myanma, Nepal, Sudan, Tailand, Banqladeş, Malayziya, Filippin, Kamboca və Nikaraquadan 60-dan çox qadın siyasətçi və ictimai xadim, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info